ANA SƏHİFƏ

XOŞ GƏLDİNİZ

“Çalxan” Hüquq Firması tanınmış hüquqşünas Qurban Cəlal oğlu Məmmədov tərəfindən təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 21 dekabr 2004-cü il tarixli 0104-P87-41761 saylı Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. “Çalxan” MMC (Hüquq Firması) Azərbaycan Respublikasının qanunvericiliyini ətraflı bilən, yerli adət və ənənələrə, eləcə də, işgüzar münasibətlərə dərindən bələd olan hüquqşünaslar vasitəsi ilə, bütün fiziki və hüquqi şəxslərin (Azərbaycanda və xaricdə fəaliyyət göstərməyindən asılı olmayaraq)  hüquqi problemlərini peşəkarcasına həll etmək üçün lazımi imkanlara malikdir. Əgər sizə yüksək keyfiyyətli hüquqi xidmət lazımdırsa, bizə müraciət etmək, vermiş olduğunuz ən doğru qərar olar!

Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 61: Hüquqi yardım almaq hüququ
  • Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
  • Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
  • Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.

21 nəfər Milli Qvardiya və əsgərin vəhşicəsinə qətl edildiyi 04 iyun 1993-cü il tarixli..

1993 cü il, Gəncə qiyamını qanunlaşdıran bədnam parlament iclası

"20 Yanvar", Bakı qırğını: faktlar, şahid ifadələri, ümummilli dəfn mərasimi.