Əmək haqqından banka olan kredit borcunun tutulması

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Əmək haqqından banka olan kredit borcu tutulmalıdırmı? Bank bunu birbaşa müəssisədən tələb edə bilər ya məhkəmə qaydasında?  Bunun üçün işçinin razılığı olmalıdır? Əgər əmək haqqıdan kredit borcunun tutulması qanunidirsə bəs bütün əmək haqqının kredit borcuna yönəldilməsi nə dərəcədə qanunidir?

Marked as spam
elman90 tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 0)
21 Fevral 2016 23:39 dəqiqədə yazılıb.
1099 baxış
0
Məxfi cavab

Salam, Elman bəy!

Başqa suallara verdiyimiz cavabları izləsəydiniz bu barədə cavablar verilmişdir.

1. “İcra haqqında” qanunun bu maddələrinə diqqətlə baxın.

 

Maddə 63. Tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi

 

63.1. Tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir:

63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə;

63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda;

63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə.

 

Maddə 64. Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin hesablanması

 

Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin (tutmanın) miqdarı vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır.

 

Maddə 65. Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin miqdarı

 

65.1. İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz.

65.2. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır.

65.3. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir.

Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz.

65.4. Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir

 

2. Bankın, məhkəmədən kənar, müəssisəyə tutma barədə məktub göndərməsi yalnız müqavilədə bu barədə müddəa olduğu halda mümkündür. Müqavilədə belə bir bənd yoxdursa, qanunsuzluq və özbaşınalıqdır.

 

3. Bununçün işçinin razılığı tələb edilmir. ya məhkəmə qərarı olmalı, ya da müqavilədə bu barədə müddəa olmalıdır.

4. Bütün əmək haqqının tutula bilməsi barədə sualınızın cavabı 1-ci cavabda verilib.

 

Uğurlar.

Marked as spam
22 Fevral 2016 23:16 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön