Əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi

« Əvvəlki səhifəyə geri dön
0
0

Hər vaxtınız xeyir,Qurban müəllim.Zəhmət olmasa əmək məcəlləsinin 174-cü maadəsinin 2-ci bəndinə “Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.” aydınlıq gətirəsiniz.

Bu o deməkdir ki,işçinin əmək haqqını istədiyi bankdakı hesabına köçürməyi tələb etməsinə ixtiyarı var?Əmək haqqının ünvalnadıqı bank başqa şəhərdə,rayonda yerləşə bilərmi?

 

Marked as spam
Бабек Мирзалиев tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
16 Dekabr 2016 21:42 dəqiqədə yazılıb.
34 baxış
0
Məxfi cavab

Salam, Babək bəy!

 Əmək Məcəlləsinin  174-cü maddəsinə  (əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi) əsasən, 

1. Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.

2. Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.

3. İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin spirtli içkilər, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.

4. Əmək haqqı Azərbaycan Respublikasının pul vahidi — manatla ödənilir.”

 

Təbii ki, maddənin 2-ci bəndində açıq-aydın yazılır ki, ” Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.”. Ancaq Azərbaycan yazılı qanunlarla idarə edilmir.  Monopoliya var və bankı özləri müəyyən edirlər. Ancaq siz, xahişinizə rədd cavabı verildikdən sonra, məhkəməyə müraciət etsəniz, istəyinizə çata bilərsiniz.

Qətiyyətli olun.

Uğurlar sizinlə olsun! Hörmət və ehtiramla.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 180)
17 Dekabr 2016 02:22 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön