Əmanətin sigortalanmasi ilə əlaqeli

« Əvvəlki səhifəyə geri dön
0
0

2016-ci ilin fevralinda banka 5.5 faizle 5 min dollar əmanət qoymuşam.Muqavilədə pulun sigotalanmasi qeyd olunub.Bir ay sonra,yəni mart ayindan butun əmanətlərin(dollarla) bank faizi 3 faizdən cox olmamaqla tam miqdarda sigortalanmasi  barədə qərar qəbul edildi.Mənim depozitim köhnə qanunvericiliyə uygun sigortalidirmi?Cox sag olun.

Marked as spam
Ilham Abdilov tərəfindən göndərilmişdir (Sual: 4, Cavab: 0)
15 Oktyabr 2016 21:56 dəqiqədə yazılıb.
32 baxış
0
Məxfi cavab

Salam, İlham bəy!

Bəli, sizin əmanət müqavilə bağlanan zaman qüvvədə olan qaydalara uyğun sığortalıdr. Çünki, vətəndaşların vəziyyətini ağırlaşdıran qanunların geriyə qüvvəsi yoxdur. 

AR Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsaəsn, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.”

 

Hörmətlə, uğurlar.

Marked as spam
17 Oktyabr 2016 01:22 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön