Əmlakın cıxarılması

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Məni bir sual maraqlandırır. Deməli bizim evdə qohumlarıma məxsus əmlak var. Uzun müddətdir ki, bu əmlak bizdədir. Bir müddətdir ki, əmlaklarını gəlib aparmalarına dair qohumlarıma məlumat verirəm. Amma gəlib aparmırlar. (qeyd edim ki, artıq münasibətimiz sıfıra bərabərdir) Bilmək istəyirəm ki, bu qanunla necə tənzimlənir, mən o əmlakı evimdən necə cixarmalıyam? Təşəkkür edirəm

Marked as spam
Mirmehman Miriyev tərəfindən göndərilmişdir (Sual: 38, Cavab: 0)
18 Oktyabr 2016 18:09 dəqiqədə yazılıb.
38 baxış
0
Məxfi cavab

Salam.

Mülkiyyət hüququnuza mane olduğu üçün, yəni mülkiyyətinizdən istədiyiniz kimi istifadə etməyə mane olduğu üçün, məhkəmədə iddia qaldırmaqla, həmin əmlakı evinizdən çıxara bilərsiniz.

Uğurlar.

Marked as spam
19 Oktyabr 2016 03:07 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön