Kooperativ haqqında

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Qurban müəllim bir neçə gün əvvəl sizə belə bir sualla müraciət etmişdim ki, “atam 1989-cu ildə kooperativ yadadıb və sədri özü olub. Hal-hazırda atam dünyasını dəyişib. Atamın yaratdığı kooperativi vərəsələrdən hər hansı birinin adına necə keçirə bilərik?” Cavab olaraq birdirdiniz ki, “tək nəfərlik kooperativ ola bilməz. Kooperativi 3 və ya 5 nəfər yaratmalıdır.”
Mən kooperativin nizamnaməsini araşdırarkən belə bir sətirlə qarşılaşdım: “Kooperativ öz əməyi ilə onun fəaliyyətində iştirak etmək arzusunda olduğunu bildirmiş üç nəfər vətəndaşın təşəbbüsü ilə Lənkəran İxtisaslaşmış podrat təmir-tikinti idarəsinin yanında yaradılmışdır…” Qurban müəllim bu halda nə edə bilərik? Üç nəfərdən biri atamdır, qalan iki nəfəri tanımırıq, həyatdadırlarmı, deyillərmi bilmirik. Belə olan halda kooperativi Atamın vərəsələrindən hər hansı birinin adına necə rəsmiləşdirə bilərik.

Marked as spam
Mirmehman Miriyev tərəfindən göndərilmişdir
15 Noyabr 2016 22:01 dəqiqədə yazılıb.
41 baxış
0
Məxfi cavab

Salam.

Siz mütləq qalan təsisçiləri və ya onların varislərini tapmalısınız. Onlarsız bu mümkün deyil.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir
16 Noyabr 2016 22:37 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön