2 azyaşli korpə uşagi qaranliq və soyuqda qoymaq olarmi ???

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam  Qurban bəy,  Evin  kişisi     arvadi  ilə rəsmi  qaydada  boşanib  və  oz  bacisi  ilə  evdən  cixib  nəməlum  istiqamətə  gedib  .Qadin  2  azyaşli  uşaqla   evdə  tək  qalib kişi  alimentidə  odəmir.Ev  kişinin  bacisinin  adinadir  işiq  idarəsinə  ərizə  verib  ki  mənim  adima  olan  evin  işigini  kəsin   işiq  idarəsinin   rəisidə  işigi  kəsib  2  azyaşli  korpə  qaranliqda  və  soyuqda  qalib.  Xahiş  edirəm  bu  haqqda  bizi   məlumatlandirin  bu  qanunla  necə  tənzimlənməlidir     Əvvəlcədən  sizə   oz   təşəkkurumuzu  bildiririk

Marked as spam
Elshad Qafarov tərəfindən göndərilmişdir
27 Yanvar 2017 17:01 dəqiqədə yazılıb.
32 baxış
0
Məxfi cavab

Salam, Elşad bəy.

Təəssüf ki, yenə də son illər tez-tez rast gəlinən, cahillikdən, nadanlıqdan, savadsızlıqdan doğan ailədaxili münaqişənin şahidiyik. Təəssüf. Bütün bunlar övladlarımıza, cavanlarımıza verdiyimiz səhv tərbiyənin və ya lazımi  tərbiyə verməməyimizin nəticəsidir.

 1. Baş verənlər, yəni “bacı”nın etdikləri qeyri-insani olsa da, tam qanunidir. Evin mülkiyyətçisi sadaladıqlarınızı etməkdə tam haqlıdır.

2. Gəlin yaranmış bu problemi, məhkəməyə müraciət edərək,  Mülki Məcəllənin 228 və Mənzil Məcəlləsinin 34-cü maddəsi ilə tənzimləyə bilər.

3. Alimentlə bağlı məhkəmə qətnaməsi varsa, alimenti vermədiyinə görə tədbirlər görülməsi (xaricə çıxışına qadağa qoyulması, inzibati qaydada cərimələnməsi və nəhayət,  cinayət məsuliyyətinə cəlb edilməsi) ilə bağlı icra məmurlarına, Ədliyyə Nazirliyinin  Baş icra idarəsinə müraciət edə bilər.

4. Yaranmış indiki çətin vəziyyətdə, “gəlin”ə və uşaqlarına təcili yardım edilməsi üçün, yaşadığı rayonun İcra Hakimiyyətinin qəyyumluq şöbəsinə müraciət edə bilər. Uşaqlar dövlət müəssisəsinə yerləşdirilə, ailəyə ünvanlı sosial yardın verilə bilər və s.

5. “Gəlini” başa salmaq lazımdır ki;

— evlənəndə gülə-gülə evləndikləri kimi, boşananda da sivil qaydada, yəni qanunların müəyyənləşdirdiyi qaydalarla boşanmaq lazımdır.

— Evdə yaşamaq hüququ yoxdursa, yəni məhkəmə qaydasında bu hüququ əldə edə bilmirsə, evi dərhal tərk etməlidir.

— Uşaqları saxlamaq imkanı yoxdursa, onları ataya verməlidir, imkanı olanda geri tələb edə bilər.

6.  Çox təəssüf ki, bizim qadınlar  boşandıqdan sonra uşaqlarını atalarına qarşı silaha çevirir və uşaqları özlərində saxlamaqla özlərinin yenidən ailə qurmaq imkanlarını məhdudlaşdırır, ərlərinə isə bu baxımdan əla şərait yaradırlar. Uşaqları təkbaşına böyütdükdən sonra, onları ərə verdikdən, evləndirdikdən sonra   isə əksər analar atılır, tənhalıqda qalırlar.

7. Ev faktik olaraq ərinin və onundursa, lakin bacısının adına yalan, yaxud da uydurma müqavilə ilə rəsmiləşdiribsə, bunu da məhkəmə qaydasında həll etmək olar.

8. Nəhayət, daha real kömək etmək üçün, istədiyiniz bir hüquqşünasın yardımından istifadə etməyiniz məsləhətdir.

 Mən özüm də, əvəzsiz olaraq,  şəxsən gəlinin hüquqlarını müdafiə edə bilərəm. Bununçün ofisimizə gəlməyiniz lazımdır.

Hörmətlə. 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir
28 Yanvar 2017 01:27 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön