Müharibə veteranlarına güzəştlər barədə

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam.Bilmək istərdim Azərbaycan Respublikasının Müharibə Veteranlarına aid olan işıq pulundan azad olma imtiyazı nə vaxta qədər olub.Fikrimdən çıxıb,onu bilirən ki,2006-cı il avqust ayından tarixdən dövlətimiz bizlərə  nağd pul verdi.Azərrişığı başa sala bilmirəm ki,2006 ya qədər azad idik.Məndə 2002 tarixdindən bu vaxta qədər oln borc yazıb və pulunu istəyir.Mən hər il idarəyə arayış vermişəm.Sizdən xahiş edirəm bu barədə mənə köməklik edin.Təşəkkür edirəm.

Marked as spam
Qoşqar Namazov tərəfindən göndərilmişdir (Sual: 6, Cavab: 0)
29 Yanvar 2017 13:29 dəqiqədə yazılıb.
38 baxış
0
Məxfi cavab

Salam, Qoşar bəy.

Siz məhkəməyə müraciət edib borcu sildirə bilərsiniz. Narahatçılığa əsas yoxdur.

28 iyun 1994-cü il tarixli  Veteranlar haqqında”   Qanunun  12-ci maddəsində  (mənzil, kommunal və rabitə xidmətləri haqqının ödənilməsi)  deyilirdi: “Uşaqları olmayan, habelə uşaqlarından və başqa qohumlarından ayrı yaşayan müharibə veteranlarına, işləməyən əmək və silahlı qüvvələr veteranlarına (kişilər 60, qadınlar 55 yaşına çatdıqda) qanunvericiliklə müəyyən edilmiş normalar daxilində mənzil haqqının, telefon çəkilməsi, telefondan istifadə haqqının (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və kommunal xidmətlərin (istilik, qaz, su, elektrik enerjisi) haqqının ödənilməsində 50 faiz güzəşt, mərkəzi isitmə sistemi olmayan evlərdə yaşayanlara isə əhaliyə satmaq üçün müəyyənləşdirilmiş normalar daxilində əldə edilən yanacağın dəyərinin ödənilməsində 50 faiz güzəşt verilir.Mənzil haqqının, kommunal xidmətlərin, telefondan istifadə haqqının, yanacağın dəyərinin ödənilməsində fərq dövlət büdcəsinin vəsaitindən verilir.”

2 may 1995-ci ildə bu maddə dəyişdirildi: Müharibə veteranlarına, habelə uşaqlarından və başqa qohumlarından ayrı yaşayan və işləməyən silahlı qüvvələr veteranlarına və əmək veteranlarına qanunvericiliklə müəyyən edilmiş normalar daxilində mənzil, telefon çəkilməsi, telefondan istifadə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və kommunal xidmətlər (istilik, qaz, su, elektrik enerjisi) üçün haqqın ödənilməsində 30 faiz güzəşt, mərkəzi isitmə sistemi olmayan evlərdə yaşayanlara isə, əhaliyə satmaq üçün müəyyənləşdirilmiş normalar daxilində əldə edilən yanacağın dəyərinin ödənilməsində 50 faiz güzəşt edilir.Mənzil, kommunal xidmətlər, telefondan istifadə üçün haqqın və yanacağın dəyərinin ödənilməsində fərq dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.”

20 iyun 1995-ci ildə yenidən dəyişdirildi : “Müharibə veteranları, həmçinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, onlarla birgə yaşayan və yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvləri ilə birlikdə mənzil, kommunal xidmətlər, telefon çəkilməsi, telefondan istifadə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) haqqını ödəməkdən azad edilirlər.İşləməyən silahlı qüvvələr veteranlarına, həmçinin ali və orta peşə-ixtisas təhsili müəssisələrinin əyani şöbələrində təhsil alanlar istisna edilməklə, əmək qabiliyyəti uşaqlarından və başqa qohumlarından ayrı yaşayan və işləməyən əmək veteranlarına qanunvericiliklə müəyyən edilmiş normalar daxilində mənzil, kommunal xidmətlər, telefon çəkilməsi, telefondan istifadə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) haqqının ödənilməsində 50 faiz güzəşt, mərkəzi isitmə sistemi olmayan, evlərdə yaşayanlara isə əhaliyə satmaq üçün müəyyənləşdirilmiş normalar daxilində əldə edilən yanacağın dəyərinin ödənilməsindən 50 faiz güzəşt edilir.  Mənzil, kommunal xidmətlər, telefondan istifadə haqqının və yanacağın dəyərinin ödənilməsində fərq dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.”

15 noyabr 2001-ci ildə :  “İşləməyən silahlı qüvvələr veteranlarına, həmçinin ali və orta peşə-ixtisas təhsili müəssisələrinin əyani şöbələrində təhsil alanlar istisna edilməklə, əmək qabiliyyəti uşaqlarından və başqa qohumlarından ayrı yaşayan və işləməyən əmək veteranlarına qanunvericiliklə müəyyən edilmiş normalar daxilində mənzil, kommunal xidmətlər, telefon çəkilməsi, telefondan istifadə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) haqqının ödənilməsində 50 faiz güzəşt, mərkəzi isitmə sistemi olmayan, evlərdə yaşayanlara isə əhaliyə satmaq üçün müəyyənləşdirilmiş normalar daxilində əldə edilən yanacağın dəyərinin ödənilməsindən 50 faiz güzəşt edilir. Mənzil, kommunal xidmətlər, telefondan istifadə haqqının və yanacağın dəyərinin ödənilməsində fərq dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.”

İndiki mətn belədir:  “İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir”.

Siz bu qanuna və MM-nin 373.3-cü maddəsinə (vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir) istinad edərək, məhkəməyə müraciət edib 3 ildən artıq hesablanan borcu və ümumiyyətlə borcunuzu sildirə bilərsiniz.

Çətinliyə düşsəniz, etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə etməyiniz məsləhətdir.

Sizə ALLAH(c.c)dan səbr və uğurlar arzulayıram.

Hörmətlə.

 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 212)
30 Yanvar 2017 02:14 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön