addan-ada kecirmə

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Cavabınız üçün təşəkkür edirəm. Qeyd etdiyim kimi kooperativ 1989-1990-cı illərdə yaradılıb. Qeyd etdiyiniz qanun o illere de şamil olunur?

Marked as spam
Mirmehman Miriyev tərəfindən göndərilmişdir (Sual: 29, Cavab: 0)
22 Oktyabr 2016 15:17 dəqiqədə yazılıb.
47 baxış
0
Məxfi cavab

“Kooperasiya haqqında”7 fevral 1996-cı il tarixli qanunun 7-ci maddəsinə əsasən,  ən az 3 nəfər olmalıdır.

Maddə 7. Kooperativin yaradılması qaydası

1.  Kooperativ üçdən az olmayan fiziki, yaxud fiziki və hüquqi şəxs tərəfindən yaradılır.

2.  Kooperativ yaratmaq arzusu olan şəxslər bu məqsədlə təşəbbüs qrupu yaradır. Təşəbbüs qrupunun vəzifələrinə aşağıdakılar daxildir:

pay haqqı fondunun həcmi və onun yaranma mənbələri göstərilməklə kooperativin nəzərdə tutuları istehsal – təsərrüfat fəaliyyətinin əsaslandırılması;

kooperativin nizamnamə layihəsinin hazırlanması;

kooperativ üzvlüyünə daxil olmaq barədə ərizələrin qəbulu;

kooperativ üzvlərinin təsis yığıncağının hazırlanması və keçirilməsi.

3.  Kooperativin təsis yığıncağı kooperativin yaradılması və onun üzvlüyünə daxil olma barədə qərar qəbul edir, kooperativin nizamnaməsini təsdiq edir, kooperativin idarəetmə və nəzarət orqanlarını seçir.

 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 180)
23 Oktyabr 2016 02:17 radələrində cavablandırılıb
0
Məxfi cavab

Salam.

Bəli, o vaxt qüvvədə olan MM-yə əsasən də, tək bir nəfərin kooperativ yaratması mümkün deyildi. 

Hörmətlə

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 180)
23 Oktyabr 2016 02:13 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön