Ali məhkəmə

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müəllim. Şirvan apelyasiya məhkəməsindən Ali məhkəməyə şikayət verilib və ali məhkəmə 15 dekabr 2016-cı ildə şikayəti təmin etməyərək Şirvan apelyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Ali məhkəmənin qərarını biz rəsmi şəkildə (poçtla) 6 fevral 2017-ci ildə almışıq. Bilmək istəyirəm ki, Ali məhkəmənin plenumuna kasassiya vermək üçün nə qədər vaxt var? (bildiyimə görə 2 ay vaxt olur) Vaxt, qərarı rəsmi qaydada alan gündən hesablanır yoxsa qərar qəbul edilən gündən? Əgər qərar qəbul edilən gündən hesablanırsa, qərar bizə çox gec verilib. Qərarı qəbul edələn gündən 53-cü gün almışıq. Bu halda nə etməliyəm? Minnətdaram

Tam cavablandırıldı.
Marked as spam
Mirmehman Miriyev tərəfindən göndərilmişdir (Sual: 34, Cavab: 0)
10 Fevral 2017 16:41 dəqiqədə yazılıb.
25 baxış
0
Məxfi cavab

Salam, Mirmehman bəy.

MPM-nin 426-cı maddəsinə (təqdimatın, protestin və ya şikayətin göndərilməsi) əsasən,  “426.2. Təqdimat, protest və yaxud şikayət Azərbaycan Respublikası Ali Məhkəməsi kollegiyaları tərəfindən qərar qəbul edildikdən sonra 2 ay müddətində verilə bilər…” 

Gördüyünüz kimi, qərar elan edilən gündən 2 ay müddətində şikayət verə bilərsiniz.

Yazınızdakı səhvlər və anlaşılmaz ifadələr məni çox üzdü.

Uğurlar!

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 192)
11 Fevral 2017 01:24 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön