Satılan evin altındakı torpaq sahəsinin hüquqi vəziyyəti barədə

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müəllim. Sizi zaman-zaman hüquqi məsləhət almaqdan ötrü narahat edirəm. Narahat ediyim üçün üzür istəyirəm. Buna baxmayaraq hər zaman səmimi yanaşıb, suallarıma səmimi və aydın cavab verməyinizdən otrü sizə bir daha təşəkkür edirəm. Yenə bir işlə bağlı sizi narahat edirəm.
Mənim qohumum 1994-cü ildə 6 sot torpaq sahəsi alıb. Orada 1 mərtəbəli 2 otaqlı yaşayış evi tikib. 2005-ci ildə həmin evi qardaşına bağışlayıb. Bu barədə natariusda bağışlanma müqaviləsi bağlanıb. Müqavilədə yalnız evin bağışlanmağına dair qeydlər var. Çünki həmin torpaq sahəsinin boş qalan hissəsəndə qohumum gələcəkdə özünə yaşayış evi tikəcəkdir və bu baradə şifahi olaraq müqavilə bağlanarkən qardaşına bildirmişdir. 2013-cü ildə qohumum ev tikintisi üçün həmin torpaq sahəsinə gedəndə qardaşı onu oraya buraxmayıb və torpaq sahəsinin özünə məxsusu olduğunu bildirib. (Qeyd edim ki, qohumum Rusiyada işlədiyi üçün ilin cox hissəsini orada yaşayır.) Sonradan qohumum zəbt olunmuş torpaq sahəsinin boşaldılmasına dair məhkəməyə müraciət etdi. Məhkəmə qohumumun iddiasını təmin etdi. Qarşı tərəf öz növbəsində apellyasiya şikayəti verdi. Apelyasıya məhkəməsi işə başlayarkən vəsadət qaldırıb apeylasiya məhkəməsini baxılmamış saxlatdırıb, qohumuma verilmiş şəhadətnamənin ləğvi üçün reyestr xidmətini Şirvan İnzibati-İqtisadi məhkəməsivə verdi. İnzibati-İqtisadi məhkəmə iddianı mümkünsüz sayaraq təmin etmədi. Ondan apellaysiya şikayəti verildi, təmin olunmadı. Bu olanlardan sonra Qohumum Şirvan apellyasıya məhkəməsinə müraciət edərək baxılmamış saxlanılan işin bərpasını xahiş etdi.
Dünən Apellyasiya məhkəməsinin qətnaməsini almışıq. 2015 ci ildə birinci məhkəmənin qərarının ləğvinə dair qətnamə qəbul olunub.
Qurban müəllim, sadaladığım kimi bir neçə məhkəmə prosesi olub. Heç biri qarşı tərəfin şikayətini, iddiasını təmin etmıyib. Çünki sənədlər buna imkan vermir. Amma bu gün apellyasiya məhkəməsinin qətnaməsini oxuyarkən mənə aydın oldu ki, Sizdən çox üzür istəyirəm, orada məhkəmə yox bazar qurulub. 7 vərəqli qətnamədə qarşı tərəfin xeyrinə 1 sənəd belə sadalanmır. Sadəcə onun izahatından və açıq-aşkar pul verərək aldığı “mütəxəssis” rəyindən danışılır.
Ali məhkəməyə şikayət üçün 2 ay vaxt verilib. Bilmək istəyirik ki, siz bizə nə kimi köməklik edə bilərsiniz? Siz, savadına, elminə inandığım hüquqşünas olduğunuz üçün sizin köməyinizə ehtiyacımız var. Hər hansı sualınız olarsa cavablandırmağa hazıram. Əlaqə nömrəm 055-240-22-55. Təşəkkür edirəm

Marked as spam
Mirmehman Miriyev tərəfindən göndərilmişdir (Sual: 37, Cavab: 0)
04 Avqust 2016 12:28 dəqiqədə yazılıb.
105 baxış
0
Məxfi cavab

Salam.

Çoxlarının maraqlandığı bu suala görə təşəkkürlər, Mirmehman bəy!

1. Əvvəla, “bağışlama müqaviləsi”nə diqqətlə baxmaq, incələmək lazımdır ki, müqavilənin predmeti nədir? Yəni, orada torpaq sahəsi ilə bağlı xüsusi qeyd varmı?

2. Apellyasiya məhkəməsinin qərarına diqqətlə baxmaq lazımdır ki, məhkəmə gəldiyi nəticəni hansı maddi hüquq normaları ilə əsaslandırıb.

3. Əlinizdəki sənədlərlə ofisimizə yaxınlaşsanız, daha düzgün məsləhət verə bilərik.

4. Hələliksə, onu deyim ki, MM-nin 243.2-ci maddəsinə əsasən, ” Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. ….”

Gördüyünüz kimi, ev başqasının mülkiyyətinə keçiriləndə yeni mülkiyyətçi keşmiş mülkiyyətçi kimi həmin evə əvvəl xidmət etmiş torpaq sahəsinin də istifadəçisi olur. Müqaviləyə baxmaq lazımdır.

5. Bu mübahisəyə aid olan və belə mübahisələrin obyektiv həlli üçün istinad edilməli norma isə MM-nin 245-ci maddəsidir. Orada deyilir :  “Maddə 245. Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi

 Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

Diqqət edin: maddədə diqqət edilməli ifadə budur: “tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə.” Müqavilədə bu barədə razılaşma yoxdursa, onda yeni mülkiyyətçiyə keçəcək torpaq sahəsinin həcmi “torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan” hissəsindən çox ola bilməz.

Bu hissə nə qədər olmalıdır? Bunun cavabını tikintni-texniki göstəricilərinə əsasən, ekspertlər yerində incələmələrdən sonra müəyyən edəcəklər. Məsələn, qonşu divara qədər 6 metr olan sahə zəruri istifadə edilən sahədir. Qalan sahə barədə müqavilədə razılaşma yoxdursa, əvvəlki mülkiyyətçinin sayılır.

Bir sözlə, belə mürəkkəb məsələlər sənədlər və real vəziyyət incələnmədən obyektiv həll edilə bilməz.

 

Uğurlar sizə.

 

P.S. Problemin həlli əslində çətin deyil. Əsl problem məhkəmələrimizin bazar kimi, “kim daha çox verər” prinsipi ilə çalışmasındadır. Azərbaycan hüquq müstəvisindən çıxıb. “Telefon hüququ”, sifarişlə idarə edilən bir məmləkətdə müstəqil məhkəmədən söhbət gedə bilməz. İndilik əlimizdən sizə ALLAH(c.c)a dua etməkdən başqa bir şey gəlmədiyi üçün üzgünəm.

 

Hörmətlə.

 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 212)
04 Avqust 2016 17:54 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön