Apelyasiyya və Ali Məhkəmənin qərarını birinci yerli məhkəmə müdaxilə edə bilərmi qanunla. Bu nə dərəcədə düzgün ola bilər.

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müəllim sizi salamlayıram sualım belədir. Oğlum  2013  evlənib  qızın anasının ailəyə müdaxiləsindən sonra oğlumun ailə nigahı 2016 ci ildə dağılıb. Qarşı tərəfin cehiz əşyaları özlərinə verilməsinə baxmayaraq bizi şərliyərək  məhkəmədə iddia qaldırdi ki əşyalarımın bir hissəsi verilib bir hissəsi qalıb. Bunu məhkəmədə təsdiq elətdirdi biz bu qətnamədən narazı qalıb yuxarı instansiya məhkəmələrinə müraciyyət etsəkdə yuxarı məhkəmələr birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən  saxladı. (Yəni iddia qismən təmin olunsun.)  Bu iş icraya yönəlsədə icra oluna bilmədi çünki əşyalar qarşı tərəfə verilmişdi. Qarşı tərəf  bizimlə üzləşməkdən  hər dəfə qaçırdı və əşyanın pulunu istəyirdi pulunuda heç kim dəqiq hesablaya bilmir yəni bilinmir hansı əşyadan söhbət gedir. Bundan sonra qarşı tərəf  yenidən bizi məhkəmə edib özündən 11 min manat qiymət yazıb iddia qaldırıb. (özü bildiyi kimi)  Verilən əşyalarıda vermiyiblər deyərək qiymət yazıb özündən istəyir ki, qətnamədə verilən əşyalarıda verilmiyib adıyla pulun hesablatdırıb alsın. Məhkəmədə 4 proses  gedib hələdə qutarmaq bilmir qarşı tərəf  İNSTAGRAM səhifəsindən cehiz əşyaların satış bölməsindən olan şəkilləri məhkəməyə təqdim edib ki bu şəkillər baxıb ekspertiza qiymətləndirsin.  Hakimdə buna görə ekspertiza təyin edib.

   İndi bizə maraqlı olan məqam burasıdı ki belə halda Nəsimi rayon məhkəməsinin hakimi  Ali Məhkəmənin qərarına dəyişiklik edib qətnamə çıxarda bilərmi. ( Bildiyimizə görə məhkəmə qərarı heç bir halda müzakirə olunmur.) Eynizmanda ekspertizadan gələn şəxs və ya şəxslər  İNSTAGRAM səhifəsindən olan şəkillərin əsasında qiymətləndirmə apara bilərmi. Bu qanun pozuntusu hesab olunurmu. Bu nə dərəcədə düzgün olar əyər ekspertiza belə halda qiymətləndirmə aparmaq hüququna malikdirsə əşyalar 6-ilin alınmış əşyalarıdı bunlar köhnə işlənmiş kimi hesablanır yoxsa təzə qiymətlə. Əyər işlənmiş kimi hesablanırsa  neçə faizlə hesablanır. 

Xahiş edirəm bu barədə bizi Maddələrə uyğun qaydada marifləndirəsiniz.

Öncədən təşəkkür edirəm.

Marked as spam
Namiq Quliyev tərəfindən göndərilmişdir
23 Noyabr 2018 10:41 dəqiqədə yazılıb.
165 baxış
« Əvvəlki səhifəyə geri dön