Avropa Məhkəməsi

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarından keçmişəm və son olaraq Ali məhkəmə iddia tələbimin (işə bərpa və əmək haqqının ödənilməsinə dair) rədd edilməsi haqda qətnamə çıxarıb. Hal-hazırda Avropa məhkəməsinə müraciət etmək istəyirəm lakim bunu necə edecəyimi və bu məsələ ilə əlaqədar hansı qurumlara müraciət etmək lazım olduğunu bilmirəm. Xahiş edirəm bu məsələ ilə əlaqədar məsləhət verəsiniz.

Hörmətlə, Üzeyir Hüseynov

Marked as spam
Uzeyir Huseynov tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
21 Dekabr 2016 11:12 dəqiqədə yazılıb.
25 baxış
0
Məxfi cavab

Salam, Üzeyir bəy.

Əvvəla, Avropa Məhkəməsinə müraciət müddətini ötürməyin. Ali MƏhkəmənin qərarı elan edilən gündən (qərarı aldığınız gündən yox !) 6 (altı) ay müddətində Avropa Məhkəməsinə ərizə verməlisiniz.

İkincisi, Avropa Məhkəməsi ilə iş təcrübəsi olan yaxşı vəkillərimiz var: Əsabəli Müstafayev, Fuad Ağayev, Fəxrəddin Mehdiyev, Xalid Bağırov, Muxtar Müstafayev və başqaları.

İstədiyiniz, tanıdığınız, etibar etdiyiniz istənilən hüquqşünasa bu barədə müraciət edə bilərsiniz.

Əmin olun, haqlısınızsa, mütləq qalib gələcəksiniz.

Sizə uğurlar arzulayıram.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 192)
21 Dekabr 2016 22:35 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön