avtomobil 1-ci şəxsə məxsus oldugu halda 2-ci şəxs tərəfindən saxtalaşdırılaraq 3-cü şəxsə satılması haqqında

« Əvvəlki səhifəyə geri dön
0
0

Hörmətli hüquqsünaslar!
Sualım ondan ibarətdir ki, mən 2016-cı ilin fevral ayında ford avtomobilini 14 min manata qanuni alqı-satqı yolu ilə öz adıma rəsmiləşdirmişəm. Bundan 3 ay sonra yol polisi avtomobilin həbsi olduğunu bildirərək sürmək hüqüqunun məhdud olduğunu bildirdir.
Araşdıma nəticəsində məlum oldu ki, mən aldığım maşın 2015-ci ilin may ayında Kamil adlı şəxs (indi və sonra adlar şərtidir) Rizvan adlı şəxsin etibarını qazanaraq avtomobili sürmək hüququ verən davernus alıb. Kamil adlı şəxs sonradan avtomobili idarə etmək olan davernus sənədini saxtalaşdıraraq maşını öz adına keçirib və sonradan yəni 2015-ci ilin avqust ayında əli adlı şəxsə satıb. vəziyyəti görən Rizvan (əsas sahibi) məhkəməyə müraciət edib və 2015-ci ilin noyabr ayında məhkəmə olub və avtomobilin 1-ci şəxsə qaytarılması haqqında qərar qəbul edilib. Lakin buna baxmayaraq avtomobil 1-ci şəxsə qaytarılmayıb və 2016-cı ilin ferval ayında avtomobil mənə satılıb.
Məlumat üçün bildirirəm ki, mən avtomobili rəsmi alqı-satqı yolu ilə əldə edərkən dovlət yol polisi maşının heç bir problemi olmadığını və yalnız 50 manat cəriməsi olduğunu bildirdi və mən 50 manat cəriməni ödəyib maşını öz adıma rəsmiləşdirdirdim.
Sualım ondan ibarətdir ki, məhkəmə avtomobili məndən alınması haqqında qərar qəbul edə bilərmi? Sizdən çox xahiş edirəm mənə məsləhət verin!
Əvvəlcədən təşəkkürümü bildirirəm.

Marked as spam
Vusale Quliyeva tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
25 İyun 2016 03:41 dəqiqədə yazılıb.
198 baxış
0
Məxfi cavab

Salam, Vüsalə xanım!

1. Əgər sübut edə bilsəniz ki, maşını alanda sənədlərin saxta olduğunu bilməmisiniz, onda, “dövriyyənin, bazar münasibətlərinin etibarlılığı” prinsipinə əsasən, maşın sizdən alına bilməz. 

2. Maşının əsl sahibi ona dəyən zərəri maşını saxta sənədlə satandan tələb etməlidir.

 

Sizə uğurlar!

 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 148)
29 İyun 2016 01:43 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön