Avtomobil krediti qətnamə

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müəlim..sualim bankda girovda olan avtomobilin dollarla ipoteka krediti ilə baglidi…Xahiş edirem suallarimizi vaxt imkani olan kimi cavablandirasiniz buna göre sizə evvelceden teşşkür edirem allah sizdən razi olsun…Deməli Qurban müellim avtomobilin dollarla indiki məzənnəsinə göre kredit ödenişini icra edə bilmədim. Bank mənə məhkəmədə iddia qaldirdi və məndə onlara qarşi qarşiliqli iddia qaldirdim..Məhkəmə 6 aya yekunlaşdı və dünən qətnamə gəldi mənə…Qətnamənin nəticəsi bele oldu ki müeyyen qisim dəbbə və cərimə pulu silindi. Qalan hissəni qətnamədə olduğu kimi qeyd edirəm: “Avtomobil açıq hərraca satışa çıxarılsın əldə olunan pul bankın hesabına ödənilsin..Banka olan borc tam ödənildikdən sonra yerdə qalan pul borcluya qaytarılsın.Avtomobilin üzərinə qoyulmuş həbs hazırki qətnamə icra edilənədək qüvvəsində saxlanılsın” cümləsidə var.. Sualimiz belədir: 1. Bu qərardan Appelyasiya məhkəməsinə qətnaməyə uyğun hansı şəkildə şikayət etmək olar? 2. Əgər avtomobilin açıq hərracindan əldə olunan pul bankın borcunu tam ödəməsə yerdə qalan borc cavabdehə və zaminin əmlakına yönləndirilə bilinərmi? ( qeyd edimki borclunun və zaminin emlakina yönləndirilmə haqqinda qətnamədə heç bir qərar yoxdu) 3. Avtomobil appelyasiya məhkəməsinə müraciət vaxtına (1 aya ) qədər məhkəmə icraçısı tərəfindən alina bilərmi?

Marked as spam
Nihat Kerimov tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
14 İyun 2016 18:13 dəqiqədə yazılıb.
255 baxış
0
Məxfi cavab

Salam.
1. Qətnamədən apellyasiya şikayəti vermə qaydası və vaxtı qətnamənin sonunda göstərilib. Bir ay müddətini buraxmayın.
2. Qətnamə qüvvəyə minməmiş maşını sizdən ala bilməzlər ( iddianı təmin tədbiri kimi maşının saxlanması istisnadır).
3. Qətnamənin icrası zamanı maşının satışından əldə edilən pul borcu bağlamazsa, qalan borc yalnız icra qaydasında, icraçıların məhkəməyə müraciəti ilə sizin əmlakınıza yönəldilə bilər.

Uğurlar!

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 147)
21 İyun 2016 01:15 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön