bağışlama müqaviləsinin ləğvi

« Əvvəlki səhifəyə geri dön
0
0

Mən 2012-ci ildə mülkiyyətimdə olan mənzilimi mənə baxacağı təqdirdə oğluma bağışladım. Müqavilədə aramızdakı şərt qeyd olunmayıb amma.Mənə baxmadığı üçün, saxta sənəd əsasında bağışlama olduğu üçün (oğlum F2 alarkən qızım qeydiyyatda ola-ola kooperativin sədrini aldadaraq qızımın qeydiyyatdan çıxdığını yalandan söyləyib və arayışda qızımın adı qeyd olunmayıb, razılıq ərzizəsi də yoxdur.) 7 ay sonra bağışlama müqaviləsinin ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdim. 4 ildir ki, məhkəmələrdəyəm. Yasamal və Apellyasiya Məhkəməsi iddiamı təmin etsə də, Ali Məhkəmə qətnaməni qismən ləğv edərək yenidən baxış üçün Apellyasiyaya göndərilməsi haqda qərar qəbul etdi.1 ay 3 gündür ki qətnamə qəbul olunub, ancaq bizə verilməyib.Qətnamənin Apellyasiyaya göndərilmə müddəti neçə vaxtdır? Bir də əgər bağışlama müqaviləsində hansı şərtlə bağışlamağım haqda bənd yoxdursa ola bilər ki, bağışlama ləğv olunmasın və evim oğluma verilsin?

Marked as spam
Xuraman Qedimova tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
21 Noyabr 2016 09:28 dəqiqədə yazılıb.
48 baxış
0
Məxfi cavab

Salam, Xuraman xanım.

1. Mülki Məcəllənin  670-ci maddəsinə (bağışlama müqaviləsi üzrə şərtlər və öhdəliklər) əsasən, “670.1 Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.

670.3. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər.”

Əgər siz mənzili, sizə baxacağı şərti ilə kiməsə bağışlamışsınızsa, qarşı tərəf öz öhdəliyini icra etmədiyi təqdirdə siz müqavilənin ləğvini tələb edə bilərsiniz. Bu şərtin yazılı olması vacib deyil, şahid ifadələri ilə də bu halı sübut etməyiniz yetər.

2. Qızınızın xəbəri olmadan müqavilənin bağlanması müqavilənin etibarsızlığına səbəb olmur.Çünki mülkiyyətçi öz mülkiyyəti üzərində öz istədiyi kimi sərəncam verməkdə haqlıdır. Lakin mənzilin oğlunuzun mülkiyyətinə keçməsi qızınızın istifadə hüququnu aradan qaldırmır. İstədiyi vaxt gəlib həmin evdə yaşaya bilər, oğlunuz imkan verməsə, məhkəməyə müraciət edib mənzilə köçürülməsini tələb edə bilər.

3. Ali Məhkəmədə həmin qətnamənin ləğv edilməsi, təbii ki, rüşvətxorluğun nəticəsidir. Təəssüf ki, ölkəmizdə hələ də normal məhkəmələr yoxdur. Səbrli olun. Ümidinizi ALLAH(c.c)dan üzməyin.

Mütləq etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə etməyinizi məsləhət bilirəm.

Uğurlar sizinlə olsun! Hörmətlə.

 
Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 161)
21 Noyabr 2016 23:16 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön