Bank iscilerinin eve gelib daima narahat edirler

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam, zehmet olmasa qanunu deyerdiniz ve ne etmeli olduqumu.  Beleki bizim dollar krediti ile baqli bank isimiz hazirda mehkemededir ve eksperdizaya gonderilib,  esas mesele ise odurki men evde olmayanda bir nece defe eve gelib hedeleyiblerki, bes odeyin yoxsa bele olar , borc wiwer nebilim ne, men bilmek istiremki mehkemede olan ise gore bank iscisi eve gelib bizi narahat ede bilermi ya yox??/ ve bize egldikde ne etmeliyik??

Marked as spam
Novruz tərəfindən göndərilmişdir (Sual: 4, Cavab: 0)
14 Noyabr 2016 19:55 dəqiqədə yazılıb.
65 baxış
0
Məxfi cavab

Salam, Novruz bəy!

Təbii ki, bankın hərəkəti ürəkaçan deyil, ancaq  qanunsuz da deyil.

Hər bir bank, pullarını geri qaytarmağa çalışmaqda haqlıdr.

Yəqin siz də  sizə borcu olan adamdan borcunuzu istəmək üçün evinə gedərdiniz.

Ancaq..

Sizin nümunənizdə bankın hərəkətlərini təqdir etmək olmaz və bu hərəkətlər tam qanunsuzdur. Buna görə siz məhkəməyə müraciət edə bilərsiniz və bankdan mənəvi təzminat tələb edə bilərsiniz. İş məhkəmədədirsə, tərəflər məhkəmənin nəticəsini gözləməyə borcludurlar. Ancaq, hətta bu halda belə, pul sahibi pulunu “diriltmək” üçün qanuni hərəkətlər etməkdə haqlıdır. Hansı qanuni hərəkətlər? Əsas məsələ də budur. Bank əməkdaşları borclunun evinə gedə bilməzlər. Bu tam bir cinayət əməlidir. Başqasının icazəsi olmadan onun mənzilinə soxulmaq olmaz( Cinayət Məcəlləsi . Maddə 157. Mənzil toxunulmazlığını pozma) Bank poçtla məktub göndərə bilər, telefonla yada sala bilər, barışıq təklif edə bilər, heç bir halda borclunun evinə gedə bilməz–bu, həm də özbaşınalıq cinayətinin tərkibini yaradır ( Cinayət Məcəlləsi:  Maddə 322. Özbaşınalıq

322.1. Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda—

beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.322.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—

min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nəticə: Siz bankın bu qanunsuz hərəkətlərindən  bankın olduğu yerin prokurorluğuna, məhkəməsinə şikayət verə bilər, iddia qaldıra bilərsiniz.

 

Uğurlar sizə. Səbrli olun.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 183)
15 Noyabr 2016 22:00 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön