Bank of Baku!

« Əvvəlki səhifəyə geri dön
0
0

`Çalxan MMC` Cav

S

Salam hormetli Qurban muellim. Men bir defede size sual unvanlamisdim.Siz ona “Bank of Baku eseblerimizi korlayib ” basligi qoymusdunuz.  Hal hazirda Bank of Baku meni kredit borcuma gore mehkemeye verib.25 yanvar 2017 ci il tarixli mehkeme emri mene gonderilib.Emrde menim borcumu ,cerime ve 20 man.liq mehkeme xercinide odemeli oldugum gosterilib. Ve sondada yazilib ki,10 gun muddetinde men emre etiraz ede bilerem.Gosterilen muddet fevral ayinin uçu tarixi bitir. Cox xahis edirem mene meslehet verin.Men etiraz mektubu yazimmi ? Mehkeme Lacin rayon mehkemesidir ve Agcabedi rayonunda yerlesir. Men Qaradag rayonunda yasayiram.Siz mene ne meslehet gorursunuz? 

Alət çubuğMMC` HÜQUQ FİRMASI

Ümumi Milli Lider və Ulu öndər! – Drayzer

Çıxış

Tam cavablandırıldı.
Marked as spam
Drayzer tərəfindən göndərilmişdir (Sual: 4, Cavab: 0)
29 Yanvar 2017 21:46 dəqiqədə yazılıb.
57 baxış
0
Məxfi cavab

Salam, Drayzer (hərçəndi öz adınızla yazsanız, daha yaxşı olar).

Siz mütləq o əmrə etiraz verin.

Siz etiraz verəndə mübahisə “iddia icraatı”na keçəcək.

Bundan sonra siz MM-nin 448-ci maddəsindən, 556-557-ci maddələrindən istifadə edərək, eləcə də saytımızın bu səhifəsində, yuxarıda, sağdakı “sənədi endir” bölməsindəki sənədləri endirib onlardakı arqumentlərdən istifadə edərək, ödəməmənin səbəblərinin sizinlə bağlı olmadığını sübut etməyə çalışın.

Paralel olaraq, həmin  endirdiyiniz sənədlərdən istifadə edərək, MM-nin 422-423-cü maddələrinə əsasən,  müqavilənin ləğvi istiqamətində fəal hərəkət edin.

Müqavimət göstərin, mübarizə aparın ki, rəqib bəlkə güzəşt etməyə məcbur ola. Müqavimətsiz, onsuz da istədiklərini sizə qəbul etdirəcəklər.

Mübarizədə isə ən azı qələbə şansı var.

ALLAH(c.c.) Rəhman və Rəhimlidir.

Güc və qüvvət ona bağlıdır, hər şeyi verən də, alan da “O”dur.

Cəsarətli olun.

lazım gəlsə, etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edin.

Sizə uğurlar arzulayıram.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 211)
30 Yanvar 2017 02:31 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön