bank terefinden alinmis masin krediti

« Əvvəlki səhifəyə geri dön
0
0

salam her vaxtiniz xeyir lsun Qurban muellim. Sizi narahat eden Yuifov ceyhundur. sualima evvelceden cavab verdiyiniz ucun tesekkur edirem. Men dord il bundan qabaq Azerbaycan beynelxalq bankinin Samaxi filialindan 20000 manatliq masin kredite goturmusem. Lakin krediti odee bilmediyim ucun masini basqasina satdim. Yerde qaliq borc 17380 dollar idi. Men masini satarken satin alana mulki etibarname vermisem. ve bu nece iller erzinde qetiyyen xeberim olmayib ki  kreditin odenisi var ya yox. bir nece gun bundan evvel bank terefinden mene mektub gelib ki bes menim banka 38740 dollar borcum var. Ne masin baresinde ne de ki, sahibi baresinde melumatim yoxdur. Sizden sorusmaq istediyim budur ki menim adima qeydiyyatda menzil var. eger bank meni mehkemeye verse mulkumu elimden ala biler ya yox. cox tesekkur edirem diqqetinize gore. ve uzr isteyirem . hemin menzilde 6 nefer qeydiyyetda vetendas yasayir.mene duzgun ve qanuni yolunu gostere bilersiniz,

Marked as spam
Klartsen Schezinger tərəfindən göndərilmişdir (Sual: 3, Cavab: 0)
03 Fevral 2017 00:57 dəqiqədə yazılıb.
23 baxış
0
Məxfi cavab

Salam, Ceyhun bəy.

1. Çoxlarının buraxdığı səhvi təkrarlamısınız. Kreditdə olan maşını bankın rəsmi-yazılı razılığı olmadan satmaq olmaz. Etdiyiniz bu qanunsuz hərəkətin nəticələrinə də qatlaşmaq zorundasınız.

2. Verdiyiniz etibarnaməni təcili ləğv etdirin və “maşının saxlanması barədə iddianın təminat tədbiri” haqqında ərizə verməklə, maşının qanunsuz sahibdən geri alınması barədə məhkəmədə iddia qaldırın.

3. Evi maşına görə girov (ipoteka) qoymamısınızsa, tək bir eviniz varsa, tutmanı o evə yönəltmək qanunsuzluq olar. Bu, qanunla qadağandır.

Hörmətlə.

Marked as spam
03 Fevral 2017 17:39 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön