Böhtan atma…

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müəllim. Qurban müəllim bir işlə bağlı məsləhət verməyinizi xahiş edirəm. Deməli, dəfələrlə Atam haqqında, atam rəhmətə etdikdən sonra mənim haqqımda polisə, DİN-nin 102 qaynar xəttinə əsassız, yalan məlumatlar verilib. Polis tədqiqat apararaq işdə əsas olmadığını görüb işə xitam verib. Amma qarşı tərəf yenə əməllərindən əl çəkmir, bu dəfə məni yalan ifadə ilə məhkəməyə veriblər, güya ki mən iddiaçının evini zəbt etmişəm. Amma mən nə sözü gedən evi zəbt etmişəm, nə də o evdə yaşamıram.  Bilirəm ki, yalan məlumata, yalan ifadəyə görə məsuliyyət nəzərdə tutulub. Bununla bağlı nə etməliyəm? Fikrimcə dogru yol mənim qarşı tərəfi məsuliyyətə cəlb etməklə bağlı məhkəməyə və ya polisə müraciət etməyimdir. Siz bir hüquqşünas kimi nə məsləhət görürsünüz? Əgər siz də məhkəməyə və ya polisə müraciət etməyimi məsləhət görürsünüzsə bunu nə formada etməliyəm? Cox xahiş edirəm qisa izah edin. Təşəkkür edirəm.

Marked as spam
Mirmehman Miriyev tərəfindən göndərilmişdir (Sual: 28, Cavab: 0)
02 Fevral 2017 15:07 dəqiqədə yazılıb.
26 baxış
0
Məxfi cavab

Salam.

1. Haqqınızda cinayət xarakterli əsassız məlumatlar verilibsə, bu da rəsmi qərarlarla təsbit edilibsə, siz böhtana görə (CM-147) məhkəməyə müraciət edə bilərsiniz.

2. Yox əgər siz əsassız iddialarla mülki məhkəmə çəkişmələrinə cəlb edilibsizsə, onda MPM-nin 120-ci maddəsinə əsasən məhkəməyə mülki qaydada müraciət edə bilərsiniz.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 159)
02 Fevral 2017 23:19 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön