Böhtan atma…

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müəllim. Qurban müəllim bir işlə bağlı məsləhət verməyinizi xahiş edirəm. Deməli, dəfələrlə Atam haqqında, atam rəhmətə etdikdən sonra mənim haqqımda polisə, DİN-nin 102 qaynar xəttinə əsassız, yalan məlumatlar verilib. Polis tədqiqat apararaq işdə əsas olmadığını görüb işə xitam verib. Amma qarşı tərəf yenə əməllərindən əl çəkmir, bu dəfə məni yalan ifadə ilə məhkəməyə veriblər, güya ki mən iddiaçının evini zəbt etmişəm. Amma mən nə sözü gedən evi zəbt etmişəm, nə də o evdə yaşamıram.  Bilirəm ki, yalan məlumata, yalan ifadəyə görə məsuliyyət nəzərdə tutulub. Bununla bağlı nə etməliyəm? Fikrimcə dogru yol mənim qarşı tərəfi məsuliyyətə cəlb etməklə bağlı məhkəməyə və ya polisə müraciət etməyimdir. Siz bir hüquqşünas kimi nə məsləhət görürsünüz? Əgər siz də məhkəməyə və ya polisə müraciət etməyimi məsləhət görürsünüzsə bunu nə formada etməliyəm? Cox xahiş edirəm qisa izah edin. Təşəkkür edirəm.

Marked as spam
Mirmehman Miriyev tərəfindən göndərilmişdir
02 Fevral 2017 15:07 dəqiqədə yazılıb.
203 baxış
« Əvvəlki səhifəyə geri dön