Cehiz əşyalarının guya verilməməsi barədə (Şər-böhtan)

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam hörmətli Qurban müəllim hərvaxtınız xeyir olsun. Şər-Böhtana məruz qaldığım üçün sizdən bir məsləhət almaq istəyirəm. Evlənib boşanmışam yaşadığım vaxta kirayə yaşayırdıq qarşı tərəfə dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq gəlib cehiz əşyaları yığıb aparmadılar. Biz ev yiyəsinin iştirakı ilə bir qazel tutub əşyaları öz evlərinə aparıb versəkdə, qarşı tərəf ara vəkilin vasitəsi ilə məhkəmədə iddia qaldırıb guya biz əşyaların yarısını özlərinə verməmişik adı altında qətnamə çıxartdılar və digər yuxarı məhkəmələrdədə təsdiq elətdirdilər. Indi məhkəmənin qərarına əsasən biz haksız duruma düşdük. (Heç bir şahid sübutu dinləmədən və bunu ehtiyac bilmədən.) İndi verdiyimiz əşyaları yeniden pula çevirib verməliyik. Biz Nəsimi rayonunda yaşadığız üçün Nəsimi icra şobəsinin vasitəsi ilə bu yaxınlarda (fevral ayında 2018-ci il) həmin əşyaların siyahısını qiymətləndirməyə göndərdilər.
Mən 2013-cü ildə ailə nigahı qurmuşdum, 2016-cı ilə ailə nigahımız rəsmən pozulub. Buna görə çıxılmaz vəziyyətdəyik sizə iki sualım olacaq.
1. Bilmək istəyirəm əşyalar qiymətləndirmədə necə hesablanır köhnə tarixlə və yaxud necə.
2. Qiymətləndirmə deyilən ünvanı harda olduğun bilmək istərdik.
04.04.2018

Marked as spam
Namiq Quliyev tərəfindən göndərilmişdir
04 Aprel 2018 11:05 dəqiqədə yazılıb.
182 baxış
« Əvvəlki səhifəyə geri dön