cixarishli torpaqda ev tikdikden sonraki merhele senedler

« Əvvəlki səhifəyə geri dön
0
0

salam.Qurban bey.Sexsi emlakimda olan.Cixarishli 5 sotlu torpaq icerisinde hundurluyu 12 m den az qanunlar cercivesinde ev tikmishem.Torpaq qaradag rayonu erazisinde yerleshir.Amma men evin planini Yashadigim salyan rayon icra hakimiyytinde cekdirib Lisenziya ile tesdiq etdirdim.   Shifahi muraciet etsem de Qaradag IRH ishime baxmadi.Daha sonra butun senedleriin suretini ve ev tikmek uchun erizemi yazili suretde poctla QRIH ne gonderdim.1 ilden chox gozledim Cavab gelmedi ve men artiq evin  fasadini tikib bitirmishem.Tindi men layihemi nece tesdiq etdire bilerem.qanunu eve cixarishi nece elde ede bilerem qaz su ishiq saygaclarinin qurulmasindan evvel mence en birinci evin cixarishi olamlidir ki digerlerini qanuna uygunluqla yoluna qoya bilem.Xahish edirem ki bu genish ve cox sualli muracietimi cavablandirasiniz.onceden teshekkur edirem

Marked as spam
Mirağa Ağayev tərəfindən göndərilmişdir (Sual: 3, Cavab: 0)
19 Dekabr 2016 11:56 dəqiqədə yazılıb.
36 baxış
0
Məxfi cavab

Salam, Mirağa bəy!

Təbii ki, əvvəlcədən səhv etmisiniz.

Əvvəla,  Qaradağda tiktirəcəyiniz evin layihəsini Salyanda təsdiqlətməməliydiniz. Görünür, Salyan RİH -də bunu edənlər çox məsuliyyətsiz məmur olublar.

İkincisi, bu barədə müraciət şifahi yox, yazılı olmalıdır.

Torpaq sizin xüsusi mülkiyyətinizdədirsə, siz tikdirəcəyiniz evin layihəsini səlahiyyətli orqanlara (bu iş üçün lisenziyası olan) çəkdirməli, razılaşdırmaq üçün (məlumatlandırma icraatı) rəsmi olaraq Qaradağ RİH-ə təqdim etməlisiniz.

1 ay müddətində cavab verilməsə, tikinti aparmaq hüququnuz yaranır və torpağın “Çıxarış”ını, evin layihəsini DƏDRX-ə təqdim etməklə yeni “Çıxarış” ala bilərsiniz.

evin  fasadini tikib bitirmishem” nə deməkdir? Ön divar var, arxa divar yox? Nə demək istəmisiniz, anlamaq olmur.

Yox əgər evi tikib qurtarmısınızsa, onda evin qeydə alınması barədə  Qaradağ RİH-ə  müraciət edin. Bu müraciətinizin nəticəsindən asılı olaraq da növbəti addımları atın.

Çətinliyiniz olsa, tanıdığınız, etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edin.

Sizə uğurlar arzzulayıram.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 192)
19 Dekabr 2016 23:39 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön