Deleduzluq

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam.Size komek etmeniz ucun muraciet etmek isteyirem ve eyni zamanda bashqa avtomobil krediti olan insanlari diqqetli olmalarini.Ikinci devalvasiyadan sonra avtomobilin kreditini odeye bilmediyim ucun satmaq qerarina geldim ve mulki etibarname esasinda satdim ki alan insanda odesin.Ve deleduzluq qurbani oldum.Hemin shexs avtomobili bashqasina satib ve umumiyyetle 3 defe satilib.Belelikle avtomobilin yeri bilinmir.Banka pul ise odenilmir.Etibarnameni legv etmishem ve yol polisine muraciet etmishem.Avtomobil surulmur.Xahish edirem meslehet gorerdiz hara muraciet edim ki meselenin helli ile ciddi shekilde meshqul olsunlar.

Marked as spam
Hasan Manafov tərəfindən göndərilmişdir (Sual: 3, Cavab: 0)
10 İyun 2016 01:42 dəqiqədə yazılıb.
254 baxış
0
Məxfi cavab

Salam, Həsən bəy!
1. Etibarnamə alqı-satqı sənədi deyil və “etibar edilən” maşın üzərində mülkiyyət hüququ əldə etmir. Bu təcrübə ziyanlıdır, unutmayın.
2. Maşını geri qaytarmağın bir yolu var: etibarnaməni dərhal ləğv edin, bu barədə etibarnamə verdiyiniz şəxsi yazılı xəbərdar edin və “avtomobilin qanunsuz sahibdən geri tələb edilməsi barədə” iddia ilə məhkəməyə müraciət edin. İddia ilə birlikdə “iddianın təminat tədbiri” kimi maşının üzərinə həbs qoyularaq saxlanması barədə məhkəməyə ərizə verin.
3. Məhkəmə qərarı qüvvəyə mindikdən sonra maşın icra məmurlarının əlilə geri alınacaqdır.
4. Sizin üçün xoş olmayan bir məlumat da verim ki, maşın sizin adınıza alındığı üçün, kimdə olmasından asılı olmayaraq, bankın pulu sizdən tələb ediləcəkdir.
Daha çox ziyana düşməmək üçün məhkəməyə müraciət etməyə tələsin.
Köməyə ehtiyacınız olsa, etibar etdiyiniz bir hüquqşünasın hüquqi yardımından istifadə edin.

Sizə uğurlar arzulayıram.
Hörmətlə.

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 138)
10 İyun 2016 23:19 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön