Dollar krediti

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban Muellim, necesiz?

Bir taninmiş huquqsunas kimi sizden vacib meslehet isteyirik alaq.
Bizde dollar krediti var, “TBC Bank”da. 29.000$ – indi manatla 55.000AZN – bank teklif edir ki, manata cevirek ve 16 faizle.

Bele ceviremde de, 108.000AZN gelib cixir, 10 illik.

Birden bire 10 ile 53.000AZN faiz gelir ustune, umumiuyetle bu dogru addimdirmi?

Marked as spam
Samir Isayev tərəfindən göndərilmişdir
13 Dekabr 2016 11:15 dəqiqədə yazılıb.
180 baxış
0
Məxfi cavab

Salam, Samir bəy.

1. İstənilən təklifi etmək tərəflərin hüququdur. Qəbul edib-etməmək də qarşı tərəfin. İndiki halda bankın sizə etdiyi təklif daha ağır şərtlidir. Qətiyyən razılaşmayın.

2. Belə vəziyyətdə nə etmək lazım olduğunu bilməyiniz üçün eyni xarakterli suallara verdiyimiz cavablarla diqqətlə tanış olun.

3. Sonra olduğunuz bu səhifədə, sağda yuxarıdan birinci “sənədi endir” düyməsini vurun və orada olan sənəd layihələrindən istifadə edərək, Mülki Məcəllənin 421-424-cü maddələrinə uyğun olaraq müqavilənin ləğv edilməsi barədə banka rəsmi-yazılı təklif verin, sonrası məhkəməlikdir.

4.Bu məsələ səlahiyyətli mütəxəssis köməyi tələb edir. Mütləq, şəxsən tanıdığınız, etibar etdiyiniz bir savadlı hüquqşünasın köməyindən istifadə edin.

Uğurlar Sizə.

Hörmət və ehtiramla.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir
13 Dekabr 2016 13:02 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön