dollar kreditini manat kreditine nece cevirmeli?

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. 2014-cü ildə banka 10000 manat kredit üçün müraciət etdim. Bank mənə dollar krediti təklif etdi. Mən etiraz edib, qazancımın manatla olduğunu və Azərbaycan vətəndaşı olmağımı əsas gətirərək manat krediti götürmək istədiyimi bildirdim. Bank isə öz növbəsində “Siz ödənişi manatla edərsiniz” deyə bildirdi. Və beləcə həmin günə olan kursa uyğun 10000 manat məbləği dollara çevirib (təxminən 1 dollar = 0.7843)  mənə 12750 dollar kredit ayrıldı. Bir müddət aylıq ödənişlərimi manatla odədim. Sonra məlum problemlər üzündən mən də ödəniş edə bilmədim. Sonra 2015-ci ildə bank məni kreditin ödəniməsi ilə bağlı ( təbii ki, məbləğ dollar göstərilməklə) məhkəməyə iddia ərizəsi ilə müraciət etdi və iddiası təmin olundu verib. Bilmək istəyirəm Ki, mən müqaviləni necə dəyişdirib manat edə bilərəm? Düşünürəm ki, manat krediti üçün müraciət etməyimə baxmayaraq mənə dollar krediti verməklə və indi də dolları israrla tələb etmələrinə görə mən aldanılmışam. Təşəkkür edirəm

Marked as spam
Mirmehman Miriyev tərəfindən göndərilmişdir (Sual: 37, Cavab: 0)
04 Sentyabr 2016 10:14 dəqiqədə yazılıb.
91 baxış
0
Məxfi cavab

Salam.

Hörmətli Mirmehman bəy!

1. Müqaviləyə imza atdığınızdan sonrakı bir il müddətində, Mülki Məcəllənin 339-cu maddəsinə uyğun olaraq,  “müqavilənin aldatma yolu ilə bağlandığına görə etibarsız sayılması barədə” iddia qaldırmamısınızsa, aldadıldığınızı iddia edə bilməzsiniz.  Ruslar demişkən: “İmzan harda, başın orda”. Buna “keçmiş olsun” deyək.

2. Müqavilə şərtlərinin dəyişdirilməsi barədə isə,  elə bu səhifədə sağdan yuxarıdakı  “sənədi endir”ə yaxşı baxın. Endirin və istifadə edin. Çətinliyiniz olarsa, mütləq, etibar etdiyiniz, inandığınız bir hüquqşünasın köməyindən istifadə edin.

Hörmət və ehtiramla.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 211)
07 Sentyabr 2016 01:15 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön