Dövlət rüsumunu geri almaq və zaminlərdən tutulma haqqında

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müəllim. Sizi narahat edirəmsə üzürlü hesab edin. Məsləhət verməyinizi xahiş edirəm. Beləki, mən maşın krediti ilə bağlı məhkəməyə müraciət etmişəm, dövlət rüsumu olaraq 30 manat banka köçürüb qəbz almışam. Həmin qəbzi də iddia ərizəsinə əlavə edərək poçt vasitəsi ilə məhkəməyə göndərmişəm. Məhkəmə müəyyən səbəblərdən iddiani sənədlərlə birgə geri qaytarıb. Bilmək istəyirəm ki, köçürdüyüm 30 manatı geri ala bilərəmmi və mümkündürsə haradan və hansı yolla?
Birdəki, başqa bir bank işində mənə zamin qalan şəxslərdən tutulmalar olur. Bir nəfərdən hal-hazırda tutulma olur, amma 2 nəfərdən tutulmaya hazırlıq gedir. Yəni onların işlədiyi idarələrə tutulma ilə bağlı məktub göndərilib. 01.01.2016-cı ildə qüvvəyə minmiş yaşayış minumumu haqqında prezident fərmanından bilirəm ki, zaminlərimin ən azı 2 nəfərindən qanunla bu tutulmalara icazə verilmir, yəni maaşları buna imkan vermir. Bu tutulmaları necə ləğv edə bilərəm? Və sonda, məhkəmə qərarından sonra müqavilə ləğv olub və iş icraya yönəlibsə bankın müştəriyə, zaminlərə, onların işlədiyi orqanlara məktub gondərib tutulma tələb etməsinə və ya hər hansı yolla belə bir addım atmasına qanunla icazə verilirmi? Çox təşəkkür edirəm

Marked as spam
Mirmehman Miriyev tərəfindən göndərilmişdir (Sual: 32, Cavab: 0)
03 Sentyabr 2016 11:00 dəqiqədə yazılıb.
39 baxış
0
Məxfi cavab

Salam.

1. Dövlət rüsumunu geri almaq üçün qəbzi banka təqdim edib ödənişi geri ala bilərsiniz. Problem yaratsalar, məhkəmənin qərardadının surətini də təqdim edin. Qaytarmaq borclarıdır.

2. Yaşayış minimumu tutmaya mane olmur, çünki bu barədə qanunda düzünə qadağa yoxdur. Ona görə də banklar bu vəziyyətdən sui-istifadə edirlər. Siz məntiqlə düz deyirsiniz. Ancaq bu hakimiyyət üçün nə məntiq, nə qanun, nə də əxlaq var. Qanuna görə, əmək haqqının (pensiyanın) 50 faizinə qədər (bəzi hallarda 70 faizinədək) tutula bilər. 

3. Əmək haqqına tutma yönəldilməsi yalnız məhkəmə qərarı ilə ola bilər. Bankın tutma barədə (xüsusilə də məhkəmə qərarından sonra) iş yerinə məktub göndərmək hüququ yoxdur və bu, qanunsuz hərəkətdir. Belə halda, maraqlı şəxs banka qarşı işgüzar nufuza vurulan ziyana görə və mənəvi zərərə görə, kompensasiya tələbi ilə banka qarşı iddia qaldıra bilər. 

4. Tutmanın əmək haqqına yönəldilməsi barədə məhkəmə qərarından sonra yalnız məhkəmə icraçısının iş yerinə məktub göndərmək hüququ var.

Uğurlar, hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 183)
03 Sentyabr 2016 18:25 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön