Elektrik enerjisi

« Əvvəlki səhifəyə geri dön
0
0

Qurban bəy salam. Mən Göyçay sakiniyəm. Elektrik enerjisinin verilişində böyük qüsurlar var. Bu qüsurlara görə hər gün bir qonşuda nə isə sıradan çıxır. Son iki ayda təkcə bizdə 200 man -dan yuxarı elektrik əşyası işığın artıb-azalması nəticəsində sıradan çıxıb. Dəfələrlə müraciət etməyimizə baxmayaraq bu proses dayanmadan davam edir. Qonşularla birlikdə məhkəməyə müraciət edib dəymiş ziyanın ödənilməsini tələb etmək istəyirik. Hüquqi baxımdan bu nə qədər mümkündür? Əvvəlcədən təşəkkür edirəm.

Marked as spam
Abulfaz Abdullayev tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
19 Dekabr 2016 21:15 dəqiqədə yazılıb.
24 baxış
0
Məxfi cavab

Salam, Abulfaz bəy.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AZƏRBAYCAN RESPUBLİKASININ   19 sentyabr 1995-ci il tarixli QANUNUnun 3.-cü maddəsinə (istehlakçıların hüquqları) əsasən,  “Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir:  … qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə;…”

 “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 2 fevral 2005-ci il QƏRARInın  10.1-ci bəndinə əsasən,  “enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır.”

Mülki Məcəllənin 1108-ci maddəsinə (ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət) əsasən, “1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur…”

Yuxarıda qeyd etdiyim normativ aktlara əsaslanaraq, siz və ziyan çəkmiş başqa vətəndaşlar birgə iddiaçılar kimi məhkəmədə “vurulmuş ziyanın ödənilməsi barədə” iddia qaldıra bilərsiniz.

Sizə uğurlar arzulayıram.

Hörmətlə.

 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 148)
20 Dekabr 2016 00:59 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön