Ev məsələsi

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam  . 1993-cü  ildən  vətəndaşın evində  məskunlaşan  məcburi köçkün ailəsi   nə vaxt  evi  boşaldacaq ki  vətəndaş  evinə  yığışa bilsin. Təşəkkür edirəm.

Marked as spam
Ilham Imanov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 0)
20 Dekabr 2016 14:37 dəqiqədə yazılıb.
41 baxış
0
Məxfi cavab

Salam, İlham bəy.

Əvvəla qeyd edim ki, qaçqın və məcburi köçkünlərin zəbt etdikləri və ya məskulaşdırıldıqları mənzillərlə bağlı problemlər Azərbayacan dövlətinin öz vəzifələrini yerinə yetirməməsi ilə bağlıdır. Dövlət bir vətəndaşının problemini başqa vətəndaşın hesabına, başqalarına problemlər yaratmaqla həll etməməlidir.

Təəssüf ki, bir çox sahələrdə olduğu kimi, bu məsələdə də Azərbaycan hakimiyyəti məsuliyyətsizlik nümayiş etdirir.

Dövlətin milyardlarla sərvətini, büdcəsini oğurlayanlar qaçqınların problemlərini başqa vətəndaşların hesabına həll etməyə çalışırlar.  

Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” adlı işdə müəyyən etdiyi hüquqi mövqeyə görə, qaçqınlar istənilən halda başqalarının xüsusi mülkiyyətində olan tikililərdən çıxarılmalı, dövlət tərəfindən mənzillərlə təmin edilməlidirlər.

Təbii ki, qaçqınlar bizim bacı-qardaşlarımızdır. Hamımız bir gün qaçqın ola bilərik.

Ancaq bu statusdan sui-istifadə halları çoxdur və bundan milyonlar qazanan məmurlar sürüsü var ölkəmizdə.

İndiki hakimiyyətin məntiqinə görə, Qarabağ azad ediləndən sonra qaçqınların tutduqları mənzilllər boşaldılacaqdır.

Bu tam qanunsuz yanaşmadır.

Məhkəməyə müraciət edin, dövlət öz vəzifələrini icra etməli, qaçqını sizin mənzildən başqa mənzilə köçürməlidir.

Sizə səbr və uğurlar arzulayıram.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 180)
20 Dekabr 2016 20:13 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön