Ev poblemi

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müəllim.Mən uşaq vaxtı əmim tərəfindən övladlığa götürülmüşəm.Məndən sonra əmim bacısından da oğlan övladı götürüb.Lakin məni övladlığa sənədləşdirməyiblər.Bacısından götürülən uşaq sənədləşdirilib.Atam öləndən sonra həyət evinə kupça əmimin yoldaşının adına çıxarılıb. Bundan sonra mülkün əmimin yoldaşı Səlməxanım və qardaşım sayılan İdris arasında sənədlə bərabər bölünüb.Mən və 3 nəfərdən ibarət olmuş ailəm həmin həyətdə qeydiyyatdayıq.  2002-ci ildə qardaşım məhkəməyə müraciət edərək yeganə varis olduqu üçün məni həyətdən qovmaq istədi.Lakin məhkəmə onun xeyrinə qərar çıxartmadı.Apelyasiya məhkəməsinə müraciət etdi.Yenə də onun şikayəti rədd edildi.Məhkəmədə şahidlər də təsdiq etdilər ki, doğrudan da əmim Əlimehrab məni o  zaman övladlığa götürüb.2010-cu ildə qəsəbə nümayəndəliyinin şahidlərin imzası ilə məni Xalıqov Nurəhməd Baxış oğlunun Xalıqov Əlimehrab İsmayıl oğlu və həyat yoldaşı Əlihüsüynova Səlməxanım Həsən qızı tərəfindən övladlığa götürülməsi barədə möhürlü akt bağlanıb.1995-ci ildə anam sayılan Əlihüsüynova Səlməxanım Həsən qızı oğlum Xalıqov Əlimehrabın adına bütün mülkünün və əmlakının bağışlanması barədə  vəsiyyətnamə notarius tərəfindən təsdiqlənib.İndi mən yaşadığım ünvana kupça almaq istərkən ovladlığım sənədləşmədiyindən və oqlumun adına olan vəsiyyətnaməni etibarsız sayırlar.Atam və anam hər ikisi rəhmətə gediblər.Qurban müəllim xahiş edirəm mənə huquqi yardım göstərəsiniz.Əvvəlcədən minnətdarlığımı Sizə bildirirəm.

Marked as spam
Aladdin Xalafli tərəfindən göndərilmişdir (Sual: 10, Cavab: 0)
18 Yanvar 2017 19:11 dəqiqədə yazılıb.
48 baxış
0
Məxfi cavab

Salam, Ələddin bəy.

Əvvəla, mən buradakı fəaliyyətimi ALLAH(c.c) rizası üçün, pulsuz həyata keçirirəm, millətimə qarşılıqsız hüquqi xidmət verirəm. Nə Azərbaycan dövləti, nə də hər hansı beynəlxalq təşkilat, “QHT”lərdə olduğu kimi –donorlar mənim bu fəaliyyətimi maliyyələşdirir.  Siz rahat yatıb dincələndə, mən şəxsi işlərimi bitirib gecələr bu işləri görürəm. Pul ödəmədiyin, haqqın olmadığı adama qarşı tələb irəli sürə bilməzsiniz. Ona görə də, dünən etdiyiniz telefon zəngini etmədən öncə düşünməyiniz lazım idi.

2. Övladlığa götürmə sözlə, şifahi olmur və qəsəbə nümayəndəliyinin, qonşuların aktı ilə rəsmiləşdirilmir. Bu yalnız qanunda göstərilən qaydada olanda hüquqi nəticələr yarada bilər.

3. Mülkün əminiz arvadı ilə övladlığa götürdüyü İdris arasında bölünməsi onların hüququdur və qanuna tam uyğundur.

4. Əminiz arvadının sizin uşağın adına vəsiyyətnamə qoyması sizin özünüzün kim tərəfindənsə övladlığa götürülüb-götürülməməyinizlə əlaqələndirilə bilməz, vəsiyyətnamə bu əsasla mübahisələndirilə bilməz. Vəsiyyətnamə qoymaq şəxsin subyektiv hüququdur, kimə istərsə, ona da vəsiyyət edə bilər əmlakını. Əsas odur ki, vəsiyyətnamə qoyulanda qanunun tələblərinə əməl edilsin və vəsiyyət qoyanın sərbəst iradəsinə uyğun olsun və həmin adam fəaliyyət qabiliyyətli olsun.

5. Siz həmin evdə doğulub yaşamısınızsa, heç kim sizi kompensasiya vermədən oradan çıxarda bilməz və ya istifadə hüquqlarınıza xitam verdirə bilməz. Mülki Məcəllənin 158.3-cü maddəsinə əsasən, “əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.” Həmin  maddənin 158.1-ci maddəsinə əsasən, “mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır”. MM-nin 228.2-ci maddəsinə əsasən, “yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” Burada nəzərdə tutulan qayda  1 sentyabr 2000-ci ilədək yaranan münasibətlərə aidddir. Ondan əvvəlki vaxtda isə  “notariat qaydasında təsdiqlənən yazılı razılaşma” tələb edilmir.

6. Ehtiyac hiss etsəniz, Siz MPM-nin 307-ci maddəsinə (hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər) əsasən,qohumluq münasibətlərinin və ya öhdədə olma faktının müəyyən edilməsi barədə” məhkəmədə iddia qaldıra bilərsiniz. 

7. “bütün mülkünün və əmlakının bağışlanması barədə  vəsiyyətnamə”— sözləriniz anlaşılan deyil. Bağışlama ayrıca icra edilən hərəkətdir, fərqli müqavilədir. Vəsiyyətnamə ilə bağışlamaq kimi bir anlayış yoxdur qanunvericilikdə.  Fikrinizi dəqiqləşdirin.

8. Çətinliyiniz olsa, inanıb etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə etməyiniz məsləhət görürəm. Çünki belə mübahisələr yüksək ixtisaslı mütəxəssis tələb edir.

Sizə səbr və uğurlar arzulayıram.

P.S. Bu cavabı mən sizə gecə saat 04-28-də yazmışdım. İnternetdə problem oldu deyə, göndərə bilmədim. O vaxt siz şirin-şirin yatırdınız.::J))

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 212)
20 Yanvar 2017 15:44 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön