Ev problemi-2

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müəllim.Sizin dediyiniz kimi anam Səliməxanım tərəfindən oğlum Əlimehrabın 1995-ci ildə adına verilmiş vəsiyyətnamə ilə notariusa yaxınlaşdıq.Orda bildirdilər ki vəsiyyətnamənin qanuniliyini təsdiq etmək üçün Dövlət  Notariat Arxivinə yaxinlaşmaq lazımdır.Halbuki 2010-cu ildə vəsiyyətnamə arxivdə yoxlanılmış və möhür imza ilə vəsiyyətnamənin qanuniliyi təsdiq olunmuşdur.Arxivdə vəsiyyətnamə yoxlanandan sonra bildirildi ki vəsiyyətnamə etibarsızdır yeni vəsiyyətnamə anam  qanunu sənədləşdirdiyi bacısından götürdüyü oğlu İdrisin adına 2002-ci ildə yanvar ayında açmışdır.Anam 2002-ci ilin may ayında rəhmətə gedib.İdrisdə rəhmətə gedib.Qurban müəllim bilmək istəyirəm həmin vəsiyyətnamə İdrisin övladlarına indi şamil olunur yoxsa yox.Bir də o vaxt əmim məni övladlığa götürəndə sənədləşdirilməyib.Ancaq məni əmim böyüdüb və şahidlər də var.Mənim əmimin adı atam kimi qeyd olunmadığından hətta ailəmlə qeydiyyatda olduğum yaşadığım ünvandakı evi sənədləşdirə bilmirəm.Anam və atam rəhmətə gedib.Bunun üçün Qurban müəllim əmimin atam  adını necə sənədləşdirə bilərəm.Xahiş edirəm bu barədə mənə huquqi yardım göstərəsiniz.Bir də lazım bilsəz Sizin köməkliyinizdən yararlanmaq olar.Çox sağ olun.

Marked as spam
Aladdin Xalafli tərəfindən göndərilmişdir
30 Yanvar 2017 20:40 dəqiqədə yazılıb.
176 baxış
« Əvvəlki səhifəyə geri dön