Ev problemi

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müəllim.Çox xahiş edirəm edilən zəngə görə hörmətsizlik kimi başa düşməyin üzrxahlıq edirəm.  Edilən vəsiyyətnamədə bu sözlər yazılıb.Mən aşağıda imza edən Bakı şəhəri Yeni Suraxanı qəsəbəsi Sabir küç 2-də yaşayan Əlihüseynova Səliməxanım aşağıdakı sərəncamı verirəm.1.Ölən günüm mənə məxsus və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakımı o cümlədən Bakı şəhəri Yeni Suraxanı qəsəbəsi Sabir küç 2-də yerləşən şəxsi yaşayış evimi nəvəmə Xalıqov Əlimehrab Nurəhməd oğluna vəsiyyət edirəm.2.Azərbaycan Respublikası MM-nin537-538-ci maddələrinin məzmunu mənə notarius tərəfindən izah edildi.3.Vəsiyyətnamə iki nüsxədən ibarət tərtib və təsdiq olundu onlardan birincisi Bakı şəhəri 24 nömrəli notarius kontorunda ikincisi isə vəsiyyət edənə Əlihüseynova Səliməxanıma verildi.Bu vəsiyyətnamə 12 dekabr 1995-ci ildə 24 nömrəlinotarius kontorunda təsdiq olundu.2002-ci ildə Əlihüseynova Səliməxanım vəfat etmişdir.27.01.2010-cu ilədək Dövlət notariat arxivinə vəsiyyətnamənin dəyişdirilməsi və ləğv edilməsi barədə sorğu verilmişdir.Yazılı verilən cavabda vəsiyyətnamənin qüvvədə olması göstərilmişdir.Qurban müəllim bilmək istəyirəm bu vəsiyyətnamə ilə evin kupçasını hansı ki Əlihüseynova Səliməxanım adınadır oğlumun adına rəsmiləşdirə bilərəm.Kupça  qardaşım Xalıqov İdrisin uşaqlarındadır.Xalıqov İdris rəhmətə gedib.Sənədləri mənə vermirlər o cümlədən ölüm kağızını.Həmin vəsiyyətnamə ilə arxivdən kupçanı və anamın ölüm kağızını ala bilərəm.Çünki mənim sənədlərimdə həqiqi atamın adı Baxış göstərilib.Bir də üzrxahlıq edib əvvəlcədən minnətdarlığımı bildirirəm.

Marked as spam
Aladdin Xalafli tərəfindən göndərilmişdir (Sual: 10, Cavab: 0)
20 Yanvar 2017 17:10 dəqiqədə yazılıb.
35 baxış
0
Məxfi cavab

Salam.

Vəsiyyətnamə tam qanunidir.

Siz bu vəsiyyətnaməni notariusa təqdim edib “Vərəsəlik şəhadətnaməsi” almalısınız.

MM-nin 1322-ci maddəsinə (vərəsəlik şəhadətnaməsinin verildiyi müddət) əsasən, “vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir”.

Siz bu Şəhadətnaməni aldıqdan sonra istənilən orqandan evin sənədlərinin surətini, ölüm haqqında şəhadətnamənin surətini və s. sənədləri ala bilərsiniz.

Vəsiyyətnamədə söhbət sizdən getmir, oğlunuzdan gedir. Ona görə də sizin sənədlərdə nə yazılmasının rolu yoxdur.

 Sizə uğurlar arzulayıram.

Hörmətlə.

Marked as spam
21 Yanvar 2017 02:50 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön