Ev tikintisi üçün icazə almaq

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Qurban müəllim narahat ediriksə üzür istəyirik. Daha bir məsələ bizi maraqlandırır. Beləki mən rəhmətlik atama məxsus yaşayış evinin boş torpaq sahəsində özümə ev tikmək istəyirəm. Bilmək istəyirəm ki, ev tikintisinə icazə almağ üçün nə etməliyəm, hansı sənədləri toplamalı və hara müraciət etməliyəm? Çox təşəkkür edirəm.

Marked as spam
Mirmehman Miriyev tərəfindən göndərilmişdir (Sual: 29, Cavab: 0)
23 Noyabr 2016 14:40 dəqiqədə yazılıb.
63 baxış
0
Məxfi cavab

Salam.

ALLAH (c.c) atanıza rəhmət eləsin.

Siz əvvəl atanızın varisi kimi torpağı öz mülkiyyətinizə keçirməli, ondan sonra   “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 80-ci maddəsinə (məlumatlandırma icraatı) əsasən, işlərinizi görə bilərsiniz.

 

 80.1. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.

80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.

 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 

 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.

 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma bölməsini bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər.

 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 

Uğurlar sizə. Hörmətlə.

 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 180)
24 Noyabr 2016 00:00 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön