Evimin çıxarışı(kupçası) yoxdur

« Əvvəlki səhifəyə geri dön
0
0

Salamun aleykum.Mən bir həyət evi almışam amma heç bir sənədi yoxdur bunu necə düzəldim?

Marked as spam
İlqar Qürbətzadə tərəfindən göndərilmişdir
16 Dekabr 2016 21:33 dəqiqədə yazılıb.
56 baxış
0
Məxfi cavab

Salam, İlqar bəy!

1. Əvvəla, qeyd edim ki, çoxlarının buraxdığı səhvi siz də buraxmısınız: sənədsiz mülk almaq özünü problemlərə salmaqdır.

2. Bu gün qanuni bir yolunuz var: bələdiyyəyə müraciət edərək, evinizin yerləşdiyi torpaq sahəsini satın almaq, yəni bələdiyyəyə pul ödəməklə torpağı mülkiyyətinizə keçirmək, sonra isə, tikililər üzərində mülkiyyət hüququnuzu tanıtmaq.

3. Tikililər üzərində mülkiyyəıt hüququnun tanınmasının, qeydə alınmasının iki yolu var: a) məhkəmə qaydasında , b) İcra hakimiyyətinə müraciət etməklə.

MM-nin 180.3-cü maddəsinə əsasən, “özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.”

Məhkəmələr çox vaxt bu qanunu tətbiq etməkdən yayınırlar. Çünki bu sahədə milyardlarla rüşvət var. Ona görə də, Rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət edərək, mülkiyyətinizdə olan torpaq sahəsindəki tikililərin qeydə alınmasını xahiş edin. İmtina etsələr, məhkəməyə verin.

Yaxşı olar ki, etibar etdiyhiniz bir hüquqşünasın köməyindən istifadə edin.

Sizə səbr və uğurlar. Ruhdan düşməyin, möhkəm olun, sonadək mübarizə aparın, mütləq qalib gələcəksiniz. Önəmli olan qanunları düzgün tətbiq etməkdir.

 

Hörmət və ehtiramla.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir
17 Dekabr 2016 02:14 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön