evin bagişlanmasi

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müəllim nənə evini nəvəsinə bagişlamaq istəyir Onun dövlət rüsumu nə qədərdir Kupça var

Marked as spam
Kamal Xəlilov tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
21 Dekabr 2016 17:22 dəqiqədə yazılıb.
39 baxış
0
Məxfi cavab

Salam, Kamal bəy.

“Dövlət rüsumu haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, “Daşınmaz əmlakın (torpaq sahələri və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, əmlak kompleksi kimi müəssisələr) və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün:  10.1.1–müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə, dövlət rüsumunun məbləği 20 (iyirmi) manatdır.

Sizə uğurlar arzulayıram.

Hörmətlə

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 147)
21 Dekabr 2016 22:43 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön