Fərdi yaşayış evinin tikintisinin layihəsinin təsdiqi üçün rüsum

« Əvvəlki səhifəyə geri dön
0
0

Bakı şəhər icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin mühasibatı layihənin təsdiqi üçün hər kv.m.üçün rüsum alır. Bu qanunla tənzimlənirmi? Nə etməli?

Marked as spam
Agamusa Sharifov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 0)
16 Yanvar 2017 14:03 dəqiqədə yazılıb.
21 baxış
0
Məxfi cavab

Salam, Ağamusa bəy.

İcra Hakimiyyətlərində layihə təsdiqi üçün qanunlarımızda rüsum nəzərdə tutulmur. Bu ad altında vətəndaşlardan pul alınması dələduzluqdur və rüşvətdir.

Bu barədə siz hüquq-mühafizə orqanlarına müraciət edə bilərsiniz.

Ancaq məsləhətim odur ki, siz pulu ödəməkdən yazılı qaydada məktub göndərməklə imtina edin və tələb edin ki, onlar da öz tələblərini sizə yazılı versinlər.

Aldığınız cavabdan inzibati məhkəməyə şikayət verə bilərsiniz.

Yaxşı olar ki,  inandığınız və etibar etdiyiniz bir hüquqşünasın yardımından istifadə edəsiniz. 

Sizə ALLAH(c.c)dan səbr və uğurlar diləyirəm.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 148)
17 Yanvar 2017 02:04 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön