gəlir vergisi

« Əvvəlki səhifəyə geri dön
0
0

Gəlir vergisi barədə sual vermişdim.Aldığım məvacibə əsasən.Ümumiyyətlə bir mədəniyyət işçisi aldığı məvacibdən hansı gəlir vergisini verməsi vacibdir.Hansı vacib deyil.Maaşım tutaq ki, 200 manatdır.Amma çox xahiş edirəm sadə dildə cavablandırın.Hüquqi dildə anlaşılmır.

Marked as spam
Aida Efendi tərəfindən göndərilmişdir (Sual: 5, Cavab: 0)
09 Mart 2016 12:22 dəqiqədə yazılıb.
197 baxış
0
Məxfi cavab

Hörmətli Aida xanım!

Vergi Məcəlləsinin  102.1.6-cı maddəsinə əsasən, “Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli, …. məbləğində olan hissəsi gəlir vergisindən azaddır”

“Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında ”  AZƏRBAYCAN RESPUBLİKASInın  20 oktyabr 2015-ci il tarixli QANUNUna əsasən, “2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib”

Deməli, Sizin 200 manat əmək haqqınızın 136 manatı gəlir vergisindən azaddır. Yəni qalan 64 manatdan 14 faiz gəlir vergisi tutulanda, Sizə tam olaraq 136+ 55,04 (64-8,96=55,04)= 191,04 manat ödənilməlidir.

Uğurlar!

 

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 138)
10 Mart 2016 00:46 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön