Hakimin iddia müddətini tətbiq etməsi.

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Q.Məmmədov

İddia müddətini mənim ərizəm əsasında tətbiq etməyib, hakim işə baxarsa, iclasda iştirak edib, sənət,sübut,təqdim etməliyəmmi ? yoxsa yox

Marked as spam
Cavid tərəfindən göndərilmişdir (Sual: 9, Cavab: 3)
17 Mart 2016 09:37 dəqiqədə yazılıb.
283 baxış
0
Məxfi cavab

Salam.

1. İddia müddətinin tətbiq edilməsindən asılı olmayaraq, iş araşdırılmalı, Siz də öz hüquq və vəzifələrinizi yerinə yetirməlisiniz. İşin sonunda  hakim iddia müddətini Sizin ərizəniz əsasında tətbiq edə bilər və ya müddətin üzürlü buraxılması barədə qərar qəbul edə bilər.

2. İclasda iştirak edib, sənət,sübut,təqdim etmək Sizin hüququnuzdur. Etməyə də bilərsiniz. Ancaq fəal müdafiə olunmağınız məsləhətdir.

 Mülki Məcəllənin 375-ci maddəsinə (iddia müddətinin tətbiqi)  əsasən, 

  

375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

 

375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

 

Hörmətlə.

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 138)
17 Mart 2016 16:54 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön