Pensiya yaşına çatan adam işdən çıxarılmalıdırmı?

« Əvvəlki səhifəyə geri dön
0
0

Salamun aleykum. Qanunvericilikdə varmı ki, işçi pensiya yaşına çatan kimi onu işdən azad etsinlər? Müqavilə də bağlamır işəgötürən. Minnətdaram

Marked as spam
Ilqar Shahveledov tərəfindən göndərilmişdir (Sual: 4, Cavab: 0)
20 İyul 2016 15:24 dəqiqədə yazılıb.
211 baxış
0
Məxfi cavab

Salam, İlqar bəy!

Təəssüf ki, qanunvericiliyimizdə belə bir müddəa var.

Əmək Məcəlləsinin 70-ci maddəsinin ( İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) e) bəndinə əsasən,  “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda”  əmək müqaviləsi işəgötürən tərəfindən  ləğv edilə bilər.

Bu qayda yalnı dövlət büdcəsi hesabına maliyyələşən müəssisələrə aiddir və Əmək Məcəlləsinə   17 may 2011-ci il tarixli 127-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilib.

Diqqət edin: qanunverici “ləğv edilə bilər” ifadəsini işlədib, “ləğv edilməlidir” demir. Yəni bu hüquq işəgötürənindir. İstəsə saxlayar, istəsə azad edər. Ancaq o prosesin özündə də, işçi özünə qarşı ayrıseçkiliyə və sair qanun pozuntularına  yol verildiyini məhkəmədə iddia edə bilər . İstənilən halda, belə məsələlərə fərdi yanaşılmalıdır.

Uğurlar sizə.

Marked as spam
21 İyul 2016 15:27 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön