İddia qaldırmaq

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam, hər vaxtınız xeyir. Bir məsələ ilə bağlı sizi narahat edirəm. Bankdan kredit götürmüşəm, məlum problemlər üzündən ödəyə bilmirəm. Bank 2015-ci ildə məni və zaminlərimi məhkəməyə verərək iddiasının təmin olunmasına nail oldu. Mən məhkəmə günü məhkəməyə getdim amma dəhlizdə hakim köməkçisi məhkəmənin təxirə salındığını mənə deyərək məhkəmə binasından uzaqlaşmaqıma səbəb oldu. Sonradan poçt vasitəsi ilə məhkəmədən  qətnamə gəldi. Qətnamədə mənə və zaminlərimə xəbərdarlıq olunmasına baxmayaraq məhkəmədə iştirak etməməyimiz və iştirak etməməyimizin səbəbini bildirməməyimiz qeyd olunub. Halbuki dediyim kimi mən məhkəmə günündə məhkəmə zalının qarşısında olmuşam. Xülasə, qətnamədən sonra apelyasiya şikayəti verə bilmədim. Bildiyimə görə artıq müddət keçdiyinə görə daha apelyasiya verə bilmərəm. Bilmək istəyirəm ki, banka qarşı hansı formada məhkəməyə müraciət edə bilərəm? Məhkəməyə Müraciət etmək istəməyimə bir neçə səbəb var. 1) Müqaviləyə əsasən bank məni ödəniş etmədiyim halda 30 gun sonra məhkəməyə verə bilərdi, amma 8-9 ay sonra verdi və bu da əlavə cərimələrə səbəb olub. 2) Mən aldadılaraq dollar krediti götürməyə razı salınmışam. Kredit götürəndən qısa zaman sonra (7 ay sonra) dolların qalxması mənim aldadılaraq dollar krediti götürməyimə şübhəmi artırır. Yəni düşünürəm ki, dolların qalxacağı ilə bağlı bankda əvvəlcədən məlumat olub və mən manat krediti üçün müraciət etməyimə baxmayaraq dollar krediti götürməyimə razı salınmışam.( Ədalət naminə Qeyd edim ki, əgər məlum problemlər yaranmasaydı aldanmagım heç umurumda olmazdı, yəni bu haqda heç düşünməyimə bir səbəb olmazdı). Təşəkkür edirəm

Marked as spam
Mirmehman Miriyev tərəfindən göndərilmişdir (Sual: 29, Cavab: 0)
26 Sentyabr 2016 23:46 dəqiqədə yazılıb.
47 baxış
0
Məxfi cavab

Salam.

1. Qətnamə sizə rəsmi (ya poçtla, ya da şəxsən) təqdim edilən gündən bir ay müddətində apellyasiya şikayəti verə bilərsiniz.

2. Bankın məhkəməyə müraciət etməsi onun hüququdur (30 gun sonra məhkəməyə verə bilərdi— verməlidir yox.), vəzifəsi deyil.

3. Siz gərək qarşılıqlı iddia verib kredit müqaviləsinin, aldatma yolu ilə bağlandığına görə, etibarsız hesab edilməsini tələb edəydiniz. İndi bunu da edə bilməyəcəksiniz. Çünki artıq qüvvədə olan qətnamə var və ondan apellyasiya şikayəti verməmisiniz. Qətnamənin qüvvədə olması isə o deməkdir ki, kredit müqaviləsi qanuni olub ki, məhkəmə bankın iddiasını təmin edib və siz də ona qarşı vaxtında qarşılıqlı iddia verməmisiniz.

4. Siz hansısa əsaslarla müddəti bərpa etdirməklə həmin qətnamədən apellyasiya şikayəti verməyə çalışın. Sonra da banka qarşı ayrıca iddia qaldırıb, apellyasiya baxışını durdurun.  Cəhd edin, bəlkə bir şey alındı.

Etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə etməyiniz məsləhətdir.

Sağ olun. Uğurlar.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 180)
27 Sentyabr 2016 01:32 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön