İşə bərpa olmaq

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam ilk əvvəl sizi salamlayıram. Sizə belə bir sualım var. Mən dövlət işində işləyirdim İXM-nin 535.1- ci maddəsi ilə mənə 10 gün inzibati həbs cəzası verildi və məni işdən azad etdilər. İşə yenidən bərpa olunmağımda inzibatı həbs problem yaradar? Bir də inzibati həbs 1 ildən sonra silinir yoxsa daimi qalır?

Marked as spam
Cənab Axundov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 0)
29 Noyabr 2016 23:46 dəqiqədə yazılıb.
52 baxış
0
Məxfi cavab

Salam.

Əvvəla, çoxları üçün faydalı ola biləcək suala görə təşəkkürlər.

İkincisi, Bu halda “işə bərpa”dan söhbət gedə bilməz. “İşə bərpa” yalnız işçinin qanunsuz olaraq işdən çıxarılma hallarında mümkündür. Siz isə qanuni olaraq işdən azad edilmisiniz.

Əmək Məcəlləsinin 62-ci maddəsinə (işçinin işdən kənar edilməsi) əsasən, “İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər:

….

c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə;

3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. …

4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.

5. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.”

 

ƏM-nin 70-ci maddəsinə (işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) əsasən,  “Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

&ccedil:) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;….”

 

ƏM-nin 72-ci maddəsinə (əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar) əsasən,

 

Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:

f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. “

 

Diqqət edin: qanunda yalnız “iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol vermə ”dən söhbət gedir.

Deməli, Siz İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli iş yerində törətmisinizsə, ƏM-nin 70-ci maddəsinin &ccedil:) bəndi ilə (Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad edilə bilərsiniz və “işə bərpa”dan söhbət gedə bilməz.

 Yox, əgər Siz inzibati xətanı başqa yerdə törətmisinizsə, Sizi yenə də ƏM-nin  70-ci maddəsinin &ccedil:) bəndinə əsasən, lakin “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” əsası ilə işdən azad edə bilərlər. Yenə də “işə bərpa”dan söhbət gedə bilməz. Bu halda Sizə ƏM-nin 72-ci maddəsinin f) bəndi tətbiq edilə bilməz.

 

Üçüncüsü, İXM-nin  35-ci maddəsinə (şəxsin inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan müddət) əsasən, “Barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasını bitirdiyi gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişdirsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunur.”

 

 Sonuncu: Siz adi əsaslarla işə götürülə ( bərpa yox! ) bilərsiniz.

 

Sizə uğurlar! Hörmət və ehtiramla!

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 159)
30 Noyabr 2016 01:19 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön