isiq pulu

« Əvvəlki səhifəyə geri dön
0
0

demeli bele menim hec isiqa borcum olmadiqi halda mene her ay borc yazilir gedib sorusanda deyirler ki 2002 ilden qalan borcdur kiftansiyalari aparib gosterirem deyir bizlik deyil 2009 dan sayqaclar deyisdirilib sayqac borcu hec saklamiram amma yalandan yazdiqlari borcu yene yazib deyirler ki odenmelidir ne edim meslehet verin xahis edirem

Marked as spam
Ferid Elimemmedov tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
19 Dekabr 2016 16:30 dəqiqədə yazılıb.
41 baxış
0
Məxfi cavab

Salam, Fərid bəy.

Sizə qarşı qanunsuzluq edilir.

Mülki Məcəllənin  373-cü maddəsinə (iddia müddətləri) əsasən, 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.

Gördüyünüz kimi, sizin həqiqətən  borcunuz varsa da, son 3 ildən artıq tələb edə bilməzlər.

Ancaq buna birdəfəlik son qoymaq üçün siz inzibati məhkəməyə iddia verərək bu borcu sildirə bilərsiniz.

Məhkəmədə qarşı tərəf sizin həqiqətən  borcunuzun olduğunu, sizsə olmadığını sübut etməlisiniz.

Cəhd edin, mütləq qalib gələrsiniz.

Sizə uğurzlar!

Hörmətlə!

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 212)
20 Dekabr 2016 00:06 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön