Islemeyen sexs ucun teyin olunan alimentin mebleqi

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Menim oqlum telefon satisindadir, yeni faize isleyir. Hazirda faktiki issiz sayilr/ Cunki satis demek olar ki, dayanib. Bir qizi var, gelin bosanib gedib, usaq onunla qalir. 2015 de aliment 108 manat teyin olunmusdu. 2016 ci ilden 217 manat veririk. Mehkeme icracisinin dediyine esasen/ Gelen il usaq pulu mebleqi 36,6 gosterilir. Bu mebleq alimente elave edilecekmi?

Marked as spam
Nazile Neriman tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
25 Dekabr 2016 12:19 dəqiqədə yazılıb.
59 baxış
0
Məxfi cavab

Salam, Nazilə xanım!

Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında”  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUna əsasən,  “Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.”

Hörmətli Nazilə xanım!

Hər il yaşayış minimumu haqqında qanun qəbul edilir.

Ona uyğun da alimentin məbləği artırıla bilər.

Bu zaman işləyib-işləməmək nəzərə alınmır.

Aliment mütləq ödənilməlidir. 

Ən doğru yol, ailələrin dağılmasına imkan verməmək, gəncləri barışdırmaqdır.

Sizə uğurlar arzulayıram.

Hörmətlə.

 

 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 192)
26 Dekabr 2016 03:17 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön