Issiz statusu haqqinda

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Men mesgulluq idaresine muraciet etmisem. Ali tehsilliyem. 2 il is stajim var. Uje 20 is gunu kecmeyine baxmayaraq mene ne ixtisasima uygun is teklif olunub nedeki issizlik statusu verilmeyib. Men ne tedbir gore bilerem.

Marked as spam
Ramin Sefiyev tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
21 Yanvar 2017 22:47 dəqiqədə yazılıb.
13 baxış
0
Məxfi cavab

Salam, Ramin bəy.

“Məşğulluq haqqında” Qanunun 4-cü maddəsinə (işsiz statusu verilməsi qaydaları) əsasən,  “...4.3. İşaxtaran kimi qeydiyyata alınmış vətəndaş müvafiq sənədləri təqdim etdiyi andan, ona münasib iş təklif olunmadığı halda, müvafiq icra hakimiyyəti orqanı 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edir.4.6. İşaxtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun bir aydan sonra təkrarən işsiz statusu almaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ vardır.”

Bu Qanunun 29-cü maddəsinə (qanunun pozulmasına görə məsuliyyət) əsasən,  “29.1. Bu Qanunun pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.29.2. Bu Qanunun 7.2-ci maddəsinin tələblərinin pozulmasında təqsirkar olan şəxslər, habelə bu Qanunun 17.2-ci, 17.3-cü, 17.4-cü, 17.8-ci və 17.9-cu maddələrinin pozulmasında təqsirkar olan vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb olunurlar…”

Sizə qanunda nəzərdə tutulan 11 gün müddətində cavab verilməyibsə, Siz İnzibati Məhkəməyə müraciət edə bilərsiniz.

Sizə səbr və uğurlar arzulayıram.

Hörmətlə.

 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 161)
23 Yanvar 2017 02:18 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön