Kompensasiya verilmekle menzilden istifade huquqna xitam verilmesi haqqinda

« Əvvəlki səhifəyə geri dön
0
0

Bir daha salam Qurban muellim.Bizimle birlikde yasayan emimde 2006-ci ilde mirasdan imtina edib.Men yazmisam axi atamgil 4 qardasdir 3 qardas yeni ki onlarin icinde hazirda bizilme birlikde yasayan emimde daxil omaqla mirasdan imtina erizesi veribler.O erizler esasinda atam hemin evde 1/1 pay sahibi olmaqla Cixaris almisdir.Mehkemeye Mulki Mecellenin 228.5 c madesi ile muraciet etmisdik.Atam evde mulkiyyet sahibi ola ola emim onunla raziliga gelmir.Bu ise atamin mulkiyyet huqunun pozulmasi demekdir.

Marked as spam
Elnur Mirzeyev tərəfindən göndərilmişdir (Sual: 3, Cavab: 0)
15 Fevral 2017 09:51 dəqiqədə yazılıb.
11 baxış
0
Məxfi cavab

Salam.

Aydındır, Elnur bəy.

Əminizin həmin evdən istifadə hüququ saxlanılıbsa, onu yalnız kompensasiya ödəməklə çıxartmaq olar.

Kompensasiyanın məbləği isə, “satıb-bölmək” kimi başa düşülə bilməz.

Ancaq məbləğ elə olmalıdır ki, adam ən azı 3 il müddətində həmin rayonda, indi yaşadığı evdəkinə uyğun kommunal şəraitdə yaşaya bilsin.

Təbii ki, bu, qanunun və məhkəmə təcrübəsinin gəldiyi nəticədir.

Ancaq dilimizdə “halallıq” deyilən bir ifadə də var.

Əminiz öz payından imtina edib atanıza verib.

Ona görə də, indiki halda ən doğrusu, məncə, evin real bazar qiymətinin 1/4 hissəsinin ona ödənilməsidir.

Bu məbləği ödəmək imkanınız yoxdursa, evi satmaqdan başqa çarə yoxdur.

Atanıza mənim adımdan çatdırın:

bu məmləkətdə hakimlər və vəkillər arasında atanızdan və əminizdən namuslu, təmiz, düz, ədalətli adam yoxdur.

Məhkəmələrə, hakimlərə, vəkillərə pulunuzu yedirtməyin. Çalışın, iki qardaş, öz aranızda probleminizi özünüz həll edin.

Məhkəmələrə düşsəniz, sonda görəcəksiniz ki, qardaşınıza vermək istəmədiyiniz məbləğdən daha çoxunu hakimlərə, vəkillərə yedirtmisiniz. Təkəbbür və kinlə hərəkət etməyin.

Qəzəb və nifrət hissi sizi əsir almasın. Ən pis qardaş hakimdən və vəkildən yaxşıdır.

Öləndə cənazəmizə hakimlər və vəkillər girməyəcək, qardaşlarımız girəcək–pis olsalar da.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 148)
15 Fevral 2017 11:53 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön