Kompensasiya verilmekle menzilden istifade huquqna xitam verilmesi

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam hormetli Qurban muellim.Demeli hazirda yasadigimiz ferdi yasayis evi babamizdan miras qalmis evdir.Evde bizden basqa emimgilde yasayir.Evi iki hissye bolmusuk.Atamgil 4 qardasdir.2006-ci ilde 3 qardas notarial qaydada mirasdan atamin xeyrine imtina edib.Atamda bu senedler esasinda 2016-ci ilde yasdigimiz ferdi yasayis evine mulkiyyet huququnu tesdiq eden Kupca Cixaris ve Texniki Pasport alib.Hal-hazirda emim ile aramizda mubahiseler yarandigindan evi satib 1 ev emime 1 ev ise ozumuze almaq isteyirik.Lakin emim buna razi olmur.Mehkemeye muraciet etdikde Agcabedi rayon mehkemesi iddiani temin etmedi.Hakim deyir gedin evi bolun 2 yere yasayin.Bu qerar ne derecede dogrudur?

Tam cavablandırıldı.
Marked as spam
Elnur Mirzeyev tərəfindən göndərilmişdir (Sual: 8, Cavab: 0)
14 Fevral 2017 11:42 dəqiqədə yazılıb.
45 baxış
0
Məxfi cavab

Salam, Elnur bəy!  Sualınızdan belə anlaşılır ki, iki qardaş öz paylarından atanın xeyrinə imtina edib və ev atanızla payından  imtina etməyən əminizin birgə mülkiyyətindədir. Məhkəməyə hansı iddia ilə müraciət etmişdiniz, açıq yazmamısınız. Təbii ki, hakimin təklifi qanunsuzdur. MM-nin 220-ci maddəsinə ( Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması) əsasən, “220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.  220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.”

Problem bu maddəyə uyğun həll edilməlidir. Rayon məhkəməsinin qətnaməsindən narazı qalıbsınızsa, apellyasiya şikayəti verin. Hörmətlə.

  

Marked as spam
15 Fevral 2017 01:08 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön