Məcburi məhkəmə qətnaməsi zamanı pul məvacibdən necə tutulur?

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müəllim, axşamınız xeyirli olsun.size sualım kredit ile bağlıdır..Men kredit qalmaqalının qurbanina çevrilmişem..Keçən ilin bu vaxti yaxin bir tanişim üçün öz adima bankdan pul götürmüşəm.jəmin adam pulun bir qismini ödəmiş, qalan hissəsini isə ödəyə bilməmişdir.müəyyən müddət sonra qalan pul üçün bank məni məhkəməyə vermişdir..mən özüm dövlət işimdə çalışıram. aylıq gəlirim 440 manatdır. bankin aylıq kredit miqdarı isə 213 manat təşkil edir…məhkəmə indi qətnamə çıxartmışdır.Qətnamədə pulun qalan hissəsi 3200 manat məcburi olaraq məndən tutulması tələb olunur.sualımın əsas məğzi budur ki, icraçı bu pulu mənim maaşımdam məcburi surətdə tuta bilərmi,yaxud da 50% midarında tuta bilərmi? əgər belədirsə , ölkə üzrə minimum yaşayış səbəti 146 manat təşkil edir və öhdəmdə həyat yoldaşım və bir azyaşlı övladım vardlr..Mənim başa düdüyüm qədər 146 manat 3-ə vurulduqda 438 manat pul edir..bəs həqiqi qanun nəyi deyir? qanuna görə bu pulu mən necə ödəməliyəm? Xatirladım ki,mən bu pulu ödəməkdən imtina etmirəm,başa düşürəm ki, bu pul ödənilməlidir və ödəmək də istəyirəm..amma mənim məvacibimdən aldığım 440 manat pulun tam yarısı tutula bilərmi? əgər belədirsə bu hansı qanunla və ya necə tənzimlənir? zəhmət olmasa sualıma cavab verərdiniz…oxuduğunuza və cavab yazacağınıza görə əvvəlcədən təşəkkürlərimi bildirirəm…Nicat Q.

Marked as spam
nicat1314 tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
28 Fevral 2016 22:18 dəqiqədə yazılıb.
279 baxış
0
Məxfi cavab

Salam, Nicat bəy!

1. “İcra haqqında” Qanunun 65-ci maddəsinə əsasən, 

Maddə 65. Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin miqdarı

 

65.1. İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz.

65.2. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır.

65.3. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir.

Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz.

65.4. Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir.

 

 

2.  MPM-nin 231-ci maddəsinə əsasən, Siz məhkənməyə müraciət edərək tutmanın daha az faizə yönəldilməsini xahiş edə bilərsiniz.

 

Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması

 

231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

231.3. İcra üzrə icraatın dayandırılması məsələləri , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.

231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıbarədə məhkəmə qərardadından şikayət verilə bilər. 

 

231.5. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. 

 

3. Ümid edirəm ki, xahişinizi əsaslandıra bilsəniz, məhkəmə Sizin xahişi nəzərə alar. Heç bir bankın marağı hansısa vətəndaşımızın marağından üstün tutula bilməz və insanlar acından ölməyə məhkum edilə bilməz.

 

4. Çətinliyiniz olsa, mütləq etibar etdiyiniz bir hüquqşünasın yardımından istifadə edin. Bu iş ixtisaslı yanaşma tələb edir.

 

Uğurlar Sizə.

  

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 138)
29 Fevral 2016 00:05 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön