Məhkəmə icraatı

« Əvvəlki səhifəyə geri dön
0
0

Qurban müəllim məhkəmə qərarından sonra təyin edilən 1 ay apeliyasiya verilmə müddəti bitdikdən sonra məhkəmə icraaçıları hansı müddətdə işin icraasını yerinə yetirir? Qərar mənzildən çıxarma və təhvil verilmədir. Bu işi tezləşdirmək və ya məhkəmə qərarını icraaçıların yerinə yetirməsi və yayınmaması üçün nə etmək lazımdır?

Marked as spam
Nicat İmamverdiyev tərəfindən göndərilmişdir (Sual: 5, Cavab: 0)
26 Avqust 2016 11:04 dəqiqədə yazılıb.
83 baxış
0
Məxfi cavab
Salam. Hörmətli Nicat bəy! “İcra haqqında” Qanunun 8-ci maddəsinə ( İcra sənədləri üzrə icraata başlanılması) əsasən, 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. 8.4. Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Qanunun 12-ci maddəsinə ( İcra hərəkətlərinin həyata keçirilməsi müddətləri) əsasən, 12.1. İcra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. 12.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Azərbaycanda illərlə uzanan icra işləri var. İcranın gecikməməsi üçün yuxarıda qeyr etdiyim 12-ci maddədə göstərilən müddətlər bitdikdən sonra icraçıdan zəruri icra hərəkətlərini yerinə yetirməyi tələb edin. Lazım gəlsə, icraçının hərəkətsizliyindən Ədliyyə Nazirliyinə və məhkəməyə müraciət edin. Hörmətlə, Sizə səbr arzulayıram.
Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 212)
29 Avqust 2016 02:26 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön