Məhkəmə qərarını necə əldə edə bilərəm ?

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Mən ölkədən kənarda yaşayıram. Mənimlə bağlı Azərbaycanda mülki iddia qaldırılıb. Mən məhkəməyə gələ bilməyəcəm, vəkildə göndərməyəcəyim təqdirdə məhkəmənin verəcəyi qərarı necə əldə edə bilərəm ?

Marked as spam
Vugar Aslan tərəfindən göndərilmişdir (Sual: 1, Cavab: 0)
25 İyul 2016 15:50 dəqiqədə yazılıb.
88 baxış
0
Məxfi cavab

Salam.

1. Olduğunuz yer barədə məhkəməyə məlumat verərək qətnaməni həmin ünvana göndərməyi xahiş edin. Məhkəmənin borcu qətnaməni siz göstərdiyiniz ünvana göndərməkdir.

2. İstənilən adama etibarnamə verib nümayəndə vasitəsilə də qətnaməni əldə edə bilərsiniz. Etibarnaməni olduğunuz ölkədə bizim səfirliyə və ya konsulluq idarəsinə gedib alın və Bakının mərkəzi poçtuna faksla göndərin.

3. Bunları edə bilməsəniz də problem deyil. O qətnamə nə vaxt sizə rəsmi qaydada (ya poçtla, ya şəxsən) təqdim ediləcəksə, o vaxtdan da bir ay müddətində apellyasiya şikayəti vermək hüququnuz yaranacaq.

Uğurlar sizə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 212)
25 İyul 2016 19:49 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön