Məhkəmə qətnamələrinin müddətini artırmaq haqqında

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müellim size çox təşəkkür edirəm, menim sualim yeni binalarda 1 menzili 2 şəxsə satma ilə əlaqədardır. Mənzili bizdən sonra alan şəxs evi təmir etsəm də neçə illərdən sonra gəlib evi zorla zəbt etmişdi. Mən məhkəməyə verdim və icraaçılar gəlib onları çıxartdı və məni evlə təmir etdilər. Borclu tərəf qətnamədən apeliyasiya şikayəti verməmişdi. Lakin qərardan 2 ay keçdikdən sonra qərarı və ya bildirişləri almadıqlarına görə müddəti bərpa etmək barədə ərizə yazmışlar (ancaq poçtalyonda şahiddir ki, her dəfəsində mən onunla gedib qətnamı və bildirişi lazımı ünvana və şəxsə çatdırıb onları almaları barədə qol çəkdirirdik) ərizəyə hakim baxmış və həmin iddiadan imtina haqqında qərardad çıxarmışdır. Yenidən qarardaddan apeliyasiyaya şikayət vermişlər. Mən neçə edim onların xəbərnaməli məktubları aldıqlarını sübut edim? və yaxud sübut edə bilməsəm necə olacaq qərar ləğv ediləcəkmi? o qətnamənin ləğv qərarı ilə məni evdən çıxara bilərlərmi yoxsa məni çıxarmaq birinci instansiya məhkəməsinə verməklə icaaçıralın əli iləmi mümkündür? sizdən çox xahiş edirəm ətraflı məlumat verin

Marked as spam
Nicat İmamverdiyev tərəfindən göndərilmişdir (Sual: 5, Cavab: 0)
10 Oktyabr 2016 00:26 dəqiqədə yazılıb.
46 baxış
0
Məxfi cavab

Salam, Nicat bəy!

1. Qətnamə rəsmi qaydada təqdim ediləndən sonrakı bir ay müddətində tərəflər apellyasiya şikayəti vermək hüququna malikdirlər. Qətnamə rəsmi qaydada, ya poçt vasitəsilə, ya da şəxsən imza etdirməklə tərəfə verilir. Qətnamənin məhkəmə tərəfindən tərəflərin ünvanına göndərilməsi hələ onun rəsmi təqdim edilməsi deyil. Tərəf gərək o qətnaməni dediyim qaydada alsın.

2. Poçt vasitəsilə qətnamənin çatdırılmasını poçtalyonun imza etdirdiyi xəbərnaməni təqdim etməklə sübut edə bilərsiniz. Belə bir xəbərnamə iş materiallarında varsa, Apellyasiya məhkəməsi də eyni qərarı qəbul edəcək. Təbii ki, rüşvət, tapşırıq və s. qanunsuz amillər nəzərə alınmır. Mən qanunu izah edirəm.

3. Qərarın ləğvi sizin evdən çıxarılmanıza əsas deyil.  İş üzrə yekun qətnamə qüvvəyə mindikdən sonra bu məsələyə baxıla bilər.

4. Qətnamənin icrası yalnız icraçıların səlahiyyətindədir.

 

Hörmətlə. Uğurlar.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir (Sual: 2, Cavab: 212)
10 Oktyabr 2016 15:45 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön